• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

SOCAR 2015 il üzrə hasilatla bağlı proqnozlarını açıqladı

SOCAR 2015 il üzrə hasilatla bağlı proqnozlarını açıqladı
04.06.2015 15:47
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci il üçün nəzərdə tutulan neft və qaz hasilatı proqnozlarını açıqlayıb.

"APA-Economics"in məlumatına görə, bu gün Bakıda keçirilən "Caspian Oil&Gas 2015” konfransında çıxış edən SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirib ki, bu il Azərbaycanda 40,7 mln. ton neft və 30,2 mlrd. kubmetr qaz hasilatı proqnozlaşdırılır.

Vitse-prezidentin sözlərinə görə, SOCAR-a məxsus yataqlardan 8,3 mln. ton neft və 6,5 mlrd. kubmetr qaz hasil edilməsi planlaşdırılıb: "SOCAR-ın hasil etdiyi neftin 6,5 milyon tonu emal ediləcək, 1,7 milyon tonu isə xarici ölkələrə satılacaq”.

R. Qurbanov bildirib ki, "Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə 30,3 mln. ton neft və 13,8 mlrd. kubmetr qaz, "Şahdəniz” yatağından isə 2,1 mln. ton kondensat və 9,8 mlrd. kubmetr qaz hasil olunacaq.

O, əlavə edib ki, bu il SOCAR Gürcüstana 1,2 mlrd. kubmetr qaz ixrac edəcək.

"Azərenerji” ASC-yə isə 4,85 mlrd. kubmetr qaz verilməsi gözlənilir.

R. Qurbanov qeyd edib ki, "Şahdəniz” yatağından hasil edilən qazın 2,6 mlrd. kubmetri Azərbaycana, 6,3 mlrd. kubmetri Türkiyəyə, 0,74 mlrd. kubmetri isə Gürcüstana veriləcək: "AÇG-dən hasil edilən qazın 3,1 mlrd. kubmetri Azərbaycana veriləcək, 9,2 mlrd. kubmetri isə lay təzyiqinin saxlanması üçün laya vurulacaq”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol