• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

“İl ərzində ən böyük nailiyyətimiz Ukraynanı qoruyub saxlamaq olub”

“İl ərzində ən böyük nailiyyətimiz Ukraynanı qoruyub saxlamaq olub”
04.06.2015 16:16
"”Novorossiya” layihəsinin üstünə böyük məzar daşı qoyulub”

Ukrayna prezidenti Pyotr Poroşenko bu vəzifəyə seçilməsinin 1-ci ildönümündə Ali Radada hesabat xarakterli çıxış edib. APA-nın "censor.net” saytına istinadən verdiyi məlumata görə, P. Poroşenko "Novorossiya” layihəsinin üzərinə böyük bir məzar daşı qoyulduğunu söyləyib. O, əmindir ki, Rusiya Ukrayna torpaqlarının bir hissəsinin ələ keçirilməsini nəzərdə tutan bu layihədən imtina edib.

P. Poroşenko bildirib ki, Ukrayna ordusunun "5-ci kolon” tərəfindən tam dağıdıldığını bilən Kreml bir il əvvəl Ukraynanı parçalamağa hazırlaşırdı: "Yanukoviçin vaxtında hər şey qonşu dövlətin ixtiyarına verilmişdi. Ordunun və xüsusi xidmət orqanlarının ləğvindən başqa, iş hətta o yerə çatmışdı ki, Ukrayna üçün qaz alınması ilə də Rusiya vətəndaşı məşğul olurdu”.

Poroşenko Ukraynaya qarşı Rusiyanın nizamlı hərbi hissələrinin döyüşdüyünü və ölkənin şərq sərhədlərində qitənin ən güclü ordusunu dayandırmağa nail olduqlarını vurğulayıb. O, hazırda Donbassda 50 mindən çox Ukrayna əsgərinin döyüşdüyünü və Silahlı Qüvvələrinin ümumi sayının 250 minə çatdırıldığını açıqlayıb: "Lakin hələ də bir çox zəruri şey çatışmır, orduda başlayan islahatların yekunlaşmasına isə hələ çox qalıb. İl ərzində ən böyük nailiyyətimiz Ukraynanı qoruyub saxlamaq olub”.

Dövlət başçısı hazırda Ukrayna ərazisində Rusiyanın ümumi sayı 9 min nəfərdən ibarət 14 taktiki qruplaşmasının olduğunu diqqətə çatdırıb: "Geniş miqyaslı hərbi əməliyyatların bərpası ehtimalı çox yüksəkdir”.

İqtisadi vəziyyətə toxunan prezident Ukraynada defolt təhlükəsinin sovuşduğunu, makroiqtisadi sabitliyə nail olunduğunu qeyd edib: "Beynəlxalq Valyuta Fondu, ABŞ, Avropa İttifaqı və digər dövlətlərin iri miqyaslı makroiqtisadi yardımları, qeyri-populyar qərarlar və effektiv fəaliyyət qaçılmaz görünən defoltdan qaçmağa, makroiqtisadi durumu sabitləşdirməyə, əmək haqlarını və təqaüdləri gecikdirmədən ödəməyə, iqtisadiyyatın azalma tempini yavaşlatmağa, valyuta bazarındakı panikaya son qoymağa əsas verdi”.
 
P. Poroşenko hesab edir ki, 2016-cı il müharibədən sonrakı bərpa ili olmalıdır. O, Rusiyadan iqtisadi asılılığı ciddi şəkildə azaldıqlarını da deyib və 2015-ci ilin ilk kvartalında təbii qaz idxalatında Rusiyanın payının 37 faizə düşdüyünü söyləyib.

Lakin bütün sadalananlara baxmayaraq, P. Poroşenko özünün, Ali Radanın və hökumətin işindən razı olmadığını nəzərə çatdırıb: "Mətbuatdakı tənqidlərdən şikayətlənmək mənim üçün ayıb olardı. Lakin heç kim məni mənim özüm qədər tənqid edə bilməz”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol