• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İlham Əliyevdən Baku-2015 idmançıları üçün yüksək mükafatlar

İlham Əliyevdən Baku-2015 idmançıları üçün yüksək mükafatlar
09.06.2015 09:39
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. 

"Report” xəbər verir ki, sərəncamla Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib.

1.1. birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;
1.2. ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;
1.3. üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;
1.4. milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə);
1.5. komanda idman növlərində komanda üzvlərinə (əsas heyət) və məşqçilərə (baş məşqçi və köməkçi):
1.5.1. birinci yeri tutan hər bir komanda üzvünə 30 min manat, komandanın məşqçilərinin hər birinə 15 min manat;
1.5.2. ikinci yeri tutan hər bir komanda üzvünə 20 min manat, komandanın məşqçilərinin hər birinə 10 min manat;
1.5.3. üçüncü yeri tutan hər bir komanda üzvünə 10 min manat, komandanın məşqçilərinin hər birinə 5 min manat.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Barselona” və “Real” arasında matçların tarixləri məlum oldu
23:17
“Barselona” və “Real” arasında matçların tarixləri məlum oldu
​Flavinyo Neftçi
20:21
​Flavinyo Neftçi" klubundan ayrıldı
11:52
"Neftçi"nin matçında dava - VİDEO
Dünya estradasının ulduzları “Bakı-2015”in açılışında
17:45
Dünya estradasının ulduzları “Bakı-2015”in açılışında
I Avropa Oyunlarında mübarizəyə start verilib
09:59
I Avropa Oyunlarında mübarizəyə start verilib
Erməni idmançılar Bakıya gəldi
09:43
Erməni idmançılar Bakıya gəldi
İlham Əliyevdən Baku-2015 idmançıları üçün yüksək mükafatlar
09:39
İlham Əliyevdən Baku-2015 idmançıları üçün yüksək mükafatlar
Zlatan İbrahimoviç İsmayıllıda - FOTO
09:56
Zlatan İbrahimoviç İsmayıllıda - FOTO
Birinci Avropa Oyunlarının TƏHLÜKƏSİZLİK QAYDALARI
17:45
Birinci Avropa Oyunlarının TƏHLÜKƏSİZLİK QAYDALARI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol