• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

MOK Azərbaycan idmançılarına mükafatlar verəcək

MOK Azərbaycan idmançılarına mükafatlar verəcək
09.06.2015 10:05
Azərbaycan Milli Olimpiya Komitəsinin I Avropa Oyunlarında yüksək nəticə göstərəcək Azərbaycan idmançılarına və onların məşqçilərinə verəcəyi mükafatların məbləği açıqlanıb.

 "Report" xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.  

Sərəncamda deyilir: "Azərbaycan Respublikası idmançılarını və onların məşqçilərini Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə qərara alıram:

1. I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
- birinci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
- ikinci yeri tutmuş hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
- üçüncü yeri tutmuş hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.
2. Komanda idman növlərində göstərilmiş ən yüksək nəticələrə görə mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:
- birinci yeri tutmuş komandanın hər bir üzvünə 15 min manat;
- ikinci yeri tutmuş komandanın hər bir üzvünə 10 min manat;
- üçüncü yeri tutmuş komandanın hər bir üzvünə 5 min manat".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol