• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

M. E. Troncoso: “Argentinada da Azərbaycan Musiqili Teatrını arzulayıram”

M. E. Troncoso: “Argentinada da Azərbaycan Musiqili Teatrını arzulayıram”
09.06.2015 17:38


Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan təqribən bir ay ötsə də, forumda iştirak edən dünyanın bir sıra tanınmış mədəniyyət xadimləri, rəsmi dövlət adamları hələ də ö günlərin təəssüratları barədə fikirlərini bölüşürlər. Qeyd olunduğu kimi o vaxt forum çərçivəsində Azərbaycana gələn mötəbər qonaqlar ölkəmizin mədəniyyət ocaqlarına da baş çəkiblər. Belə görüşlərdən biri də Argentina Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcılıq və İctimai Mədəniyyət Məsələləri üzrə Katib müavini, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı xanım Maria Elena Troncoso ilə Azərbaycan Dövlət Musiqili Teatrında baş tutmuşdu.

 

Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Argentina Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva ilə birlikdə teatra gələn xanım M. E. Troncosonu qəbul edən teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevlə qonaqlar arasında səmimi və işgüzar söhbət olmuşdu. Mötəbər qonaqlar Musiqili Teatrın binası ilə – ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonra tamaşaçılar və teatrın kollektivi üçün yaradılmış şəraitlə tanış olduqda əvvəllər aktrisa kimi teatr və kinoda bir sıra obrazlar canlandıran Argentina Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcılıq və İctimai Mədəniyyət Məsələləri üzrə Katib müavini xanım Maria Elena Troncoso "Bu möhtəşəm səhnə, bu bənzərsiz şərait məni yenidən aktrisa kimi fəaliyyət göstərməyə sövq edir. İnanın ki, dil baryeri olmasaydı, işləmək üçün sizin Musiqili Teatrı seçərdim” – deyə söyləmişdi.

 

 

Xanım Maria Elena Troncoso ölkəsinə qayıtdıqdan sonra bu günlərdə Musiqili Teatrda şəxsi fotoaparatıyla çəkdiyi şəkilləri Azərbaycana yollayaraq qeyd edib ki, hələ də Azərbaycandakı xoş xatirələri unuda bilmirəm, Argentinada da Azərbaycan Dövlət Musiqili Teatrı, oradakı səmimi və gözəl kollektivi, belə bir sənət məbədində olduğumu tez-tez xatırlayır, bütün Azərbaycana salamlarımı çatdırıram.

 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol