• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Prezident İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqlədi

Prezident İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqlədi
10.06.2015 17:16
Azərbaycan Prezidenti İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb.

 "Report" xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan qanunlarının və Prezidentin aktlarının "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezident İlham Əliyevə təqdim etməlidir. 
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verməlidir. 
Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verməlidir. 
Eyni zamanda həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir. 
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. 
İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hal inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz.
34.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 34.1.7-ci maddə əlavə edilsin:
"34.1.7. inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi.”.
2.2. aşağıdakı məzmunda 34.3-cü maddə əlavə edilsin:
"34.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz.”.
3. 51-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"51.1. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə – xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
51.2. Bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda – altmış manatdan yüz manatadək miqdarda cərimə edilir.
51.3. Bu Məcəllənin 51.1 və 51.2-ci maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda – əlli manatdan yüz manatadək miqdarda cərimə edilir.”.
4. 236.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
"yüz manat miqdarında cərimə edilir.”.
5. 297-ci maddənin sanksiyasında "otuz manatdan qırx” sözləri "əlli manatdan yüz” sözləri ilə əvəz edilsin.
6. 307-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
"əlli manatdan yüz manatadək miqdarda cərimə edilir.”.
7. 307-1.2-ci maddənin sanksiyasında "on manatdan on beş” sözləri "əlli manatdan doxsan” sözləri ilə əvəz edilsin.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda restoranda yanğın olub
Cəmiyyət 15:36
Bakıda restoranda yanğın olub
Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub
Cəmiyyət 15:10
Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub
Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 13:45
Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Cəmiyyət 13:15
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Ötən gün pirotexniki vasitələr satan 9 nəfər saxlanılıb
Cəmiyyət 13:00
Ötən gün pirotexniki vasitələr satan 9 nəfər saxlanılıb
Yeni ilin ilk gününün hava proqnozu açıqlanıb
Cəmiyyət 12:26
Yeni ilin ilk gününün hava proqnozu açıqlanıb
Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var
Cəmiyyət 12:24
Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var
DYP küləkli hava şəraiti ilə bağlı sürücülərə çağırış edib
Cəmiyyət 11:32
DYP küləkli hava şəraiti ilə bağlı sürücülərə çağırış edib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 11:08
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol