• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

İlham Əliyev Çexiya parlamenti Deputatlar Palatasının sədrini qəbul etdi

İlham Əliyev Çexiya parlamenti Deputatlar Palatasının sədrini qəbul etdi
11.06.2015 19:27
 Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Çexiya parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçeki qəbul edib.

APA-nın məlumatına görə, Y. Hamaçek Çexiya prezidentinin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük maraq göstərdiyini bildirib.
 
Çexiyanın böyük nümayəndə heyəti ilə birinci Avropa Oyunlarında iştirak edəcəyini deyən Y. Hamaçek ölkəsinin Milli Olimpiya Komitəsinin bu oyunlara ciddi hazırlaşdığını vurğulayıb.
 
Çexiya prezidenti Miloş Zemanla görüşlərini məmnunluqla xatırlayan Azərbaycan prezidenti əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. I Avropa Oyunlarının əhəmiyyətinə toxunan İ. Əliyev yarışlarda böyük nümayəndə heyəti ilə iştirak edən çex idmançılarına uğurlar arzulayıb.
 
Görüşdə ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın və imkanların olduğu bildirilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol