• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Mehriban Əliyeva sərgi açılışında iştirak etdi

Mehriban Əliyeva sərgi açılışında iştirak etdi
12.06.2015 16:34
Heydər Əliyev Mərkəzində dünyanın məşhur sərgilərindən olan və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan "Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisinin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Arzu Əliyeva və "Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimini izləmək üçün paytaxtımıza gələn Monako knyazı, Qreys Kellinin oğlu, Monako Şahzadəsi II Albert iştirak ediblər.

M. Əliyeva Heydər Əliyev Mərkəzində xarici ölkələrdən Bakıya səfər edən tanınmış ictimai-siyasi və idman xadimləri ilə görüşüb. M. Əliyeva və II Albert sərginin açılışını bildirən rəmzi lenti kəsiblər.

M. Əliyeva, qızları və Monako Şahzadəsi II Albert sərgi ilə tanış olublar.

Azərbaycanda ilk dəfə keçirilən bu nadir sərgi tanınmış Hollivud aktrisası və Monako şahzadəsi Qreys Kellinin həyat yoluna həsr olunub.

"Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib. Bundan sonra ekspozisiya Paris, Moskva, Roma, San-Paulo, Toronto, Bendiqo, Astana, Monreal, Doylestaun və Apeldorn şəhərlərində təqdim olunub.

Qeyd edək ki, Q. Kelli Hollivudun məşhur kino ulduzlarından olub. O, tanınmış rejissor Alfred Hiçkokun sevimli aktrisası idi.

Heydər Əliyev Mərkəzindəki bu sərgi ziyarətçilər üçün iyunun 13-dən noyabrın 1-dək açıq olacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol