• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bakı-2015: Gimnastika yığmamız bürünc medal qazandı - YENİLƏNİB

Bakı-2015: Gimnastika yığmamız bürünc medal qazandı - YENİLƏNİB
15.06.2015 16:10
Bu gün Bakı-2015 I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlarda ilk mükafatçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışların 2-ci günündə kişi komandaların mübarizəsinə yekun vurulub.
 
26 komandanın mübarizəyə başladığı yarış Azərbaycan millisi üçün tarixi uğurla başa çatıb. Heyətində Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərovun çıxış etdiyi komandamız Avropa Oyunlarının bürünc mükafatçısı olub.
 
6 hərəkətin cəmində 174,195 xal qazanan yığmamız fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Komandamız yalnız Rusiya (178,963) və Ukraynadan (177,429) geri qalıb.
 
Bu, yığmamızın Oyunlarda 14-cü medalı olub. Bunadək komandamız 6 qızıl, 2 gümüş və 5 bürünc mükafata yiyələnmişdi.
 
Qeyd edək ki, fərdi yarışında Stepko təsnifat mərhələsini 3-cü pillədə başa vurub. Yekunda 88,231 xal toplayan gimnastımız ukraynalı Oleq Vernyayev (91,532) və rusiyalı Nikita İqnatyevdən (89,065) geri qalıb. Digər təmsilçilərimiz Petro Paknyuk 73,231, Eldar Səfərov 69,665 xal yığıb.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Ukrayna - Fransa qarşıdırması
10:06
Ukrayna - Fransa qarşıdırması
Bakı-2015: Məmmədov uduzdu, Abakarovanın ikinci sınağı - YENİLƏNİR+FOTOLAR
08:25
Bakı-2015: Məmmədov uduzdu, Abakarovanın ikinci sınağı - YENİLƏNİR+FOTOLAR
08:19
"Bakı-2015": Məşəl estafeti Sumqayıtda
İlk Avropa Oyunlarının şərəfinə animasiyalar - FOTO
06:41
İlk Avropa Oyunlarının şərəfinə animasiyalar - FOTO
Bakı-2015: Azərbaycan boksçuları mübarizəyə qoşulur
02:55
Bakı-2015: Azərbaycan boksçuları mübarizəyə qoşulur
Bakı-2015: I Avropa Oyunlarında VIII gün
02:01
Bakı-2015: I Avropa Oyunlarında VIII gün
Bakı-2015: Əliyev 1/2 finalda - YENİLƏNİR
00:38
Bakı-2015: Əliyev 1/2 finalda - YENİLƏNİR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol