• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Ərdoğan dünyaya səsləndi: Bu hüququn qətlidir

Ərdoğan dünyaya səsləndi: Bu hüququn qətlidir
17.06.2015 12:10

Misir məhkəməsi keçmiş prezident Məhəmməd Mursi çıxardığı ölüm hökmünü təsdiqləyib.

Misir məhkəməsi iyunun 16-da ölkənin keçmiş dövlət başçısı Məhəmməd Mursi çıxardığı ölüm hökmünü təsdiqləyib.

ANS PRESS-in məlumatına görə, hökmün elan olunmasından bir neçə saat öncə Qahirə məhkəməsi Mursini dövlətə xəyanət və xarici dövlət lehinə casusluq maddələri üzrə ömürlük həbs cəzasına məhkum edib. Eyni zamanda, məhkəmənin "Müsəlman qardaşları” hərəkatının digər üç lideri barəsində çıxarılan ölüm hökmləri də təsdiqlənib.

Bundan başqa, hərəkatın xarici ölkələrə sığınan daha 13 yüksək vəzifəli üzvü də qiyabi olaraq ən yüksək cəzaya məhkum olunub.

Dövlətə xəyanət və xarici dövlət lehinə casusluq, həmçinin 2011-ci ilin yanvar inqilabı günlərində məhbusların həbsxanalardan kütləvi qaçışı barədə məhkəmə prosesi 16 aya qədər davam edib. İyul ayının axırında Məhəmməd Mursini daha bir məhkəmə proses gözləyir.

Hərbi çevriliş nəticəsində vəzifədən kənarlaşdırılaraq həbs edilən sabiq prezidentin vəkilləri hökmdən ölkənin ali məhkəmə orqanına şikayət etməyi planlaşdırırlar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misir məhkəməsinin çıxardığı qərara "Hüququn, əsas hüquq və azadlıqların qətlə yetirilməsi" formasında münasibət bildirib. 

Ərdoğan Misir Məhkəməsinin çıxardığı qərarı şiddətlə qınadığını bildirməklə yanaşı beynəlxalq ictimaiyyəti hakimiyyəti çevriliş yolu ələ keçirən Misir hökümətinə səssiz qalmaqda ittiham edib. 

"Misirdə sülhü ciddi şəkildə təhlükəyə soxa biləcək bu gedişata son verilməsini, çevrilişlə hakimiyyətə gələnlərin təlimatlarıyla verilən edam qərarlarının geri alınması üçün beynəlxalq cəmiyyəti hərəkətə keçməyə çağırırıq".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Dünya 18:09
Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol