• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

İsveçrə bankları şübhəli hesabları açıqlayır

İsveçrə bankları şübhəli hesabları açıqlayır
17.06.2015 19:53
İsveçrə bankları dünya futbolunu idarə edən FİFA-nın bank hesabları ilə bağlı şübhəli fəaliyyətin müşahidə olunduğunu bildirirlər.

Virtualaz.org saytı BBC-yə istinadən xəbər verir ki, bu barədə İsveçrənin baş prokuroru Mişel Lauber bildirib.

M.Lauber korrupsiya işi üzrə araşdırma çərçivəsində FİFA-a aid məlumatların təhlil edildiyini söyləyib. Baş prokuror işlə bağlı FİFA prezidenti Zepp Blatterin sorğu-suala tutulacağını istisna etməyib.

İyunun 2-də 79 yaşlı Blatter FİFA konqresi tərəfindən bu təşkilatın prezidenti vəzifəsinə beşinci müddətə seçildikdən cəmi 2 gün keçmiş bəyan etdi ki, qurumun yeni rəhbəri seçiləndən sonra vəzifəsindən gedəcək.

Araşdırma 2018 və 2022-ci illərdə dünya çempionatlarının keçirilməsi üzrə müsabiqənin yenidən təşkil edilməsilə nəticələnə bilər.

Ötən ay İsveçrənin Sürix şəhərində 7 yüksək rütbəli FİFA rəsmisi korrupsiya ilə bağlı ittihamlar əsasında saxlanılıb.

ABŞ Ədliyyə Departamenti hazırda fəaliyyət göstərən və istefaya çıxmış 14 FİFA rəsmisilə əməkdaşına qarşı "sistematik, geniş və dərin kök salmış” korrupsiya ilə bağlı ittihamlar irəli sürüb.

Məsələ ilə bağlı ABŞ Federal Təhqiqatlar Bürosunun araşdırması davam edir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Dünya 20:16
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Dünya 18:40
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol