• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Sevil Əliyeva sosial şəbəkədən müraciət etdi

Sevil Əliyeva sosial şəbəkədən müraciət etdi
17.06.2015 18:45
"Əlbəttə, prezidentin bacısı kimi mən öz məsuliyyətimi anlayıram”

Bir neçə ay əvvəl "Facebook”da mərhum prezient Heydər Əliyevin qızı, Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın səhifəsi yaradılıb. Səhifəyə qoyulmuş bir neçə foto tezliklə çox geniş populyarlıq qazanıb.

"haqqin.az” saytı Sevil Əliyevanın özünə müraciət edərək müəyyən edib ki, bu səhifə onun tərəfiindən idarə edilmir.

"Təəssüf ki, bu səhifəni mən yaratmamışam. Amma öz həmvətənlərimin, dostlarımın və tanışlarımın, tanış olmadığım adamların rəylərini və arzularını oxumaq mənim üçün çox xoş idi. Buna görə də qərara aldım ki, "İnstagram”da öz səhifəmi açım”,- deyə Sevil Əliyeva bildirib. 

Onun sözlərinə görə, bu, onun üçün özünü ifadə və yaradıcılıq formalarından biri ola bilər. "Əlbəttə, prezidentin bacısı kimi mən öz məsuliyyətmi anlayıram, öz ifadələrimdə nəyi məhdudlaşdırmağın lazım olduğunu və "özünüifadə”nin nə olduğunu başa düşürəm. Amma istənilən halda, mən öz həmvətənlərimlə, dostlarımla və yaxınlarımla əlaqə saxlamaq istəyirəm. İnternet yalnız kommunikasiyanın deyil, həm də insan bağlarının tamamilə unikal və keyfiyyətcə yeni formasıdır. Bu, bütün dünyanın və eyni zamanda bizim daxili dünyamızın əksidir. Bilirsiz, mən çox diqqətli adamam, heç zaman insanların müraciətlərinə və salamına laqeyd qala bilmərəm. Amma mənim üçün insanların bu qədər çox sayda müracəitlərinə cavab vermək çox çətindir. Özü də "Facebook” səhifəmi mən idarə etmirəm”,- deyə Sevil xanım bildirib. 

Sevil Əliyeva öz "İnstagram” səhifəsi barədə bildirib: "Bu böyük dünyada mənim keçmişim və bu günüm əks olunacaq. Və əlbəttə, yaradıcılığım yer alacaq. Artıq səhifəmdə bir neçə fotoşəkil var. Orada mənim valideynlərim, qızım və mən təsvir olunmuşam”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol