• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bakı-2015: Daha iki idmançımız yarım finalda - YENİLƏNİR

Bakı-2015: Daha iki idmançımız yarım finalda - YENİLƏNİR
18.06.2015 16:08
Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha 2 dəst medal öz sahibini tapacaq.
 
Kişilər 80, qadınlar 67 kq çəki dərəcəsində qitənin ilk Oyunlarının ən güclüsünü müəyyənləşdirəcəklər.
 
Taekvondo
Kişilər
80 kq
 
Bu çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuzun rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5).
 
Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra qüvvəsini sınayacaq. Döyüşün start fiti saat 17:15-də veriəcək.
 
Qadınlar
67 kq
Gənclər arasında dünya çempionumuz Fəridə Əzizova ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirib. İlkin mərhələyə təsadüf edən qarşılaşma həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Əzizova rəqibini 2:0 hesabı ilə məğlub edib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarla döyüşüb. O, görüşün startında hesabda geri düşsə də, inamlı döyüş sayəsində qarşılaşmanın ssenarisini dəyişə bilib. Nəticədə Avropa çempionuna 6:2 hesabı ilə qalib gələn Əzizova yarımfinala vəsiqə qazanıb.
 
O, finala gedən yolda isveçli Elin Yohanssonla üz-üzə gələcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
 
Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.
 
Sabah keçiriləcək daha 2 çəki dərəcəsi ilə taekvondo yarışlarına yekun vurulacaq. 

 

 

 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Ukrayna - Fransa qarşıdırması
10:06
Ukrayna - Fransa qarşıdırması
Bakı-2015: Məmmədov uduzdu, Abakarovanın ikinci sınağı - YENİLƏNİR+FOTOLAR
08:25
Bakı-2015: Məmmədov uduzdu, Abakarovanın ikinci sınağı - YENİLƏNİR+FOTOLAR
08:19
"Bakı-2015": Məşəl estafeti Sumqayıtda
İlk Avropa Oyunlarının şərəfinə animasiyalar - FOTO
06:41
İlk Avropa Oyunlarının şərəfinə animasiyalar - FOTO
Bakı-2015: Azərbaycan boksçuları mübarizəyə qoşulur
02:55
Bakı-2015: Azərbaycan boksçuları mübarizəyə qoşulur
Bakı-2015: I Avropa Oyunlarında VIII gün
02:01
Bakı-2015: I Avropa Oyunlarında VIII gün
Bakı-2015: Əliyev 1/2 finalda - YENİLƏNİR
00:38
Bakı-2015: Əliyev 1/2 finalda - YENİLƏNİR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol