Bakı-2015: Hacı Əliyev məğlub oldu, təsəlli bürünc medala qaldı
![Bakı-2015: Hacı Əliyev məğlub oldu, təsəlli bürünc medala qaldı Bakı-2015: Hacı Əliyev məğlub oldu, təsəlli bürünc medala qaldı](https://anews.az/photo/850x500/2015-06/1434616866_13-4.jpg)
ANN.Az xəbər verir ki, bugün Heydər Əliyev adına İdman Arenasında "Bakı 2015" I Avropa Oyunlarının güləş yarışları keçilib. Sərbəst güləş yarışının yarım final mərhələsində 61 kq çəkidə dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Hacı Əliyev, Rusiya güləşçisi Boqomoyev Aleksandr ilə üz üzə gəlib. Gərgin keçən yarışda, təmsilçimiz rəqibinə 5-2 hesabı ilə məğlub olub və final mərhələsinə vəsiqə qazana bilməyib.
Sərbəst güləş yarışının təsəlli verici oyununda 125 kq-lıq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Cəmallədin Məhəmmədov Polşa güləşçisi Baran Robert ilə üz-üzə gəlib. Görüşdə təmsilçimiz rəqibini məğlub edərək bürünc medal uğrunda yarışlarında iştirak etmək hüququ qazandı.
Xatırladaq ki, bügün Bakı-2015 Avropa Oyunlarında sərbəst güləş yarışının sonuncu günüdür.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)