• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bu oyunlar çox maraqlı olacaq

Bu oyunlar çox maraqlı olacaq
21.06.2015 11:30
"Bakı-2015" I Avropa Oyunlarının 10-cu günündə həyəcan bir qədər də artır. 

ANS PRESS Bakı 2015 Avropa Oyunlarının bu gün baş tutacaq 6 əsas görüşünü təqdim edir:

Qumda son 4 görüş
Çimərlik voleybolu, kişilər arasında medal uğrunda mübarizə saat 21:00-da başlayır

Bakı 2015-in çimərlik voleybolu üzrə son görüşü bazar günü baş tutacaq və bu, kişilər arasında keçirilən turnirin 4-cü son oyunu olacaq. Yarımfinallar saat 10:00 və 11:00-da, 4 cütlüyün bürünc medal uğrunda mübarizəsi saat 21:00-da baş tutacaq. Qızıl medal uğrunda yarış isə 22:00-da keçiriləcək.

Seçmə mərhələsi
Batut gimnastikası, 10:00-dan etibarən

Təsnifat mərhələsinin ən yüksək xallı idmançıları fransalı Allan Morante və belarus Hanna Harçonak Milli Gimnastika Arenasında fərdi tramplin üzrə final görüşlərində qızıl medal uğrunda mübarizə aparacaqlar.

Ən yaxşılar
Boks,12:30-dan

İdman tarixinin qadınlar üzrə ən güclü boksçusu, Dünya və Olimpiya çempionu irlandiyalı Keyti Teylor 18:30-da baş tutan görüşdə yüngülçəkili idmançılar arasında bolqarıstanlı Denitsa Eliseyevanı məğlub edib.

Kişilər arasında 75kq orta çəki dərəcəsində 14:00-da baş tutan görüşdə, reytinqdə 1-ci olan, Liverpul və İngiltərə komandasının keçmiş futbol ulduzu Robinin qohumu britaniyalı Antoni Fouler italiyalı Slavator Kavallaronu məğlub edərək medal qazanıb.

Son 8 həllolunmamış oyun
Voleybol, 09:00-dan

Qadınlar arasında keçirilən oyunlar bazar günü sona çatacaq. Bu görüşdə Belçika (Polşaya qarşı), İtaliya (Rumınyaya qarşı) mübarizə apararaq, A qrupunda son dörddəbir final mərhələsinə çıxmağa çalışacaq. Nəticələrdən asılı olaraq Almaniya, Rusiya, Bolqarıstan və Xorvatiya növbəti mərhələ üçün vəsiqə qazana bilər.

Qeqanın (ALB) baş tutacaq iki qaçışı ilə bağlı 
Atletika, 09:00-dan

Albaniyalı Luiza Qeqa Olimpiya Stadionunda orta məsafəli qaçış üzrə ilk görüşünü keçirdi. Bazar günü 800 m məsafədən başlayan qaçış isə 1500 m məsafədə bazar ertəsi gününün sonunda yekunlaşacaq.

Albaniyanın ən güclü idmançısı kimi tanınan Qeqa 2014-cü il Komandalar arasında Atletika yarışı üzrə Avropa Çempionatında 3-cü Liqada milli rekordunu 80 0m məsafədə tamamlayaraq qalib olub.

Şleyker digər qızıl medalı da qazandı?
Suya tullanma,13:04-dan

1 metrlik tramplindən suya tullanma üzrə komanda yoldaşı İliya Moçanova ilə birlikdə qızıl medal qazanan rusiyalı Nikita Şleyker bazar günü Bakı Su İdmanı Mərkəzində baş tutacaq oyunda növbəti qızıl medalını qazanmaq istəyir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Ukrayna - Fransa qarşıdırması
10:06
Ukrayna - Fransa qarşıdırması
Bakı-2015: Məmmədov uduzdu, Abakarovanın ikinci sınağı - YENİLƏNİR+FOTOLAR
08:25
Bakı-2015: Məmmədov uduzdu, Abakarovanın ikinci sınağı - YENİLƏNİR+FOTOLAR
08:19
"Bakı-2015": Məşəl estafeti Sumqayıtda
İlk Avropa Oyunlarının şərəfinə animasiyalar - FOTO
06:41
İlk Avropa Oyunlarının şərəfinə animasiyalar - FOTO
Bakı-2015: Azərbaycan boksçuları mübarizəyə qoşulur
02:55
Bakı-2015: Azərbaycan boksçuları mübarizəyə qoşulur
Bakı-2015: I Avropa Oyunlarında VIII gün
02:01
Bakı-2015: I Avropa Oyunlarında VIII gün
Bakı-2015: Əliyev 1/2 finalda - YENİLƏNİR
00:38
Bakı-2015: Əliyev 1/2 finalda - YENİLƏNİR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol