• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Yanukoviç qətllərə görə məsuliyyət daşıdığını etiraf etdi

Yanukoviç qətllərə görə məsuliyyət daşıdığını etiraf etdi
23.06.2015 11:20

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç 2014-cü ilin fevralında devrilməsinə səbəb olmuş qətllər üçün məsuliyyət daşıdığını qəbul edib.

"Mən məsuliyyətdən boyun qaçırmıram", o, BBC Newsnight proqramına müsahibəsində Kiyevdə Maydan hadisələrində etirazçılara güllə açılması barədə verilən suallara cavabında bildirib.

Sabiq prezident təhlükəsizlik qüvvələrinə heç vaxt güllə atmağa icazə vermədiyini deyib. Eyni zamanda o, qan tökülməsinin qarşısını almaq üçün yetərincə çalışmadığını da etiraf edib.

"Mən atəş açılması üçün göstəriş verməmişəm, güc tətbiq edilməsinə qarşı idim. Ancaq təhlükəsizlik qüvvələri qanuna uyğun hərəkət edərək öz vəzifələrini yerinə yetiriblər. Onların silahdan istifadə etməyə hüquqları var idi", o deyib.

Bu, Yanukoviçin ötən il vətəndaş müharibəsinin başlamasından sonra qərb mediasına verdiyi ilk müsahibədir.

Ötən ilin fevralında baş vermiş hadisədə 100-dən çox etirazçı həyatını itirib.

Qanlı gündən bir il sonra bəzi şahidlər BBC-ə polislərin də atəşə tutulduğunu bildiriblər.

Cənab Yanukoviç 2014-cü ilin fevralında Rusiyanın xüsusi təyinatlıları tərəfindən aparılaraq, Rusiyada təhlükəsiz sığınacaq əldə etmişdi.

Krımda baş verən hadisələrdən danışan sabiq prezident "müharibə qorxulu yuxu idi, amma gerçək oldu" deyib.

Onun sözlərinə görə, Rusiyanın Krımı ilhaq etməsi "faciə" idi, lakin bu, onun vaxtında baş verməzdi.

Müsahibə zamanı Yanukoviç dövlətdən mənimsədiyi vəsaiti xarici bank hesablarında gizlətdiyi barədə ittihamları təkzib edib.

Ölkəni tərk edəndən sonra etirazçılar tərəfindən ictimai baxışa açılan dəbdəbəli iqamətgahın ona məxsus olmadığını da bildirib.

"Bəli, korrupsiya var idi, bunu heç kim inkar etmir. Lakin il yarım keçib və indi hakimiyyətdəkilərin hər şeyi var. Göstərin, Yanukoviçin bank hesablarını haradadır? Onlar yoxdur və heç vaxt olmayıb", o deyib.

İnterpol bu ilin yanvarında Yanukoviçin adını axtarılanlar sıiyahısına salıb. Ukraynalı rəsmilər onu milyonlarla dollar mənimsəməkdə ittiham edir. /BBC Azeri

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Dünya 20:16
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Dünya 18:40
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol