• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Obama Ağ evdə iftar verdi

Obama Ağ evdə iftar verdi
23.06.2015 14:04
"İstənilən dini və etnik qrupun əleyhinə nifrət yayan əməllərə qarşıyıq".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ağ evdə ölkədədki müsəlman icmasının təmsilçilərinə iftar verən ABŞ prezidenti Barak Obama bildirib.

Məlumata görə, Ağ evin indiki yiyəsinin ənənəvi iftar yeməyində müsəlman icmalarının nümayəndələri ilə yanaşı Konqresin müsəlman üzvləri - Andre Karson, Kit Ellison, başı örtülü olduğu üçün "Abercrombie&Fitch" geyim mağazasında işə götürülməyən müsəlman gənc qız Samanta Eluf, Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç da iştirak ediblər.
B.Obama orucluğun müsəlmanlar üçün önəmindən danışıb. O, bu ilin əvvəlində qəddarcasına öldürülən 3 müsəlman gəncin faciəsinin ətrafına bütün dinlərdən olan amerikalıların toplandığını vurğulayıb.

"Məlumatsızlıq və xurafatın öhdəsindən birlikdə gələ bilərik" - deyən ABŞ prezidenti Samanta Elufla bağlı hadisəyə toxunub. O, bildirib ki, başı örtülü olduğu üçün "Abercrombie&Fitch " geyim mağazasında işə götürülməyən bu gənc müsəlman xanım Ali Məhkəməyə müraciət edib və onun haqlı olduğu haqda qərar çıxarılıb: "Mən bu cəsarətinə görə, Samanta Alufu təbrik edirəm. Siz məhkəməyədək getdiniz. Sizin yaşınızda olanda bunu edə bilməzdim. Bu məhkəmə işini Samanta qazandı. Biz sizinlə fəxr edirik".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol