• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Ukrayna Ali Radasının üzvləri: "Azərbaycandan üzr istəyirik"

Ukrayna Ali Radasının üzvləri:
26.06.2015 16:02
Ukrayna Ali Radasının (parlament) üzvləri həmkarları, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti Vladimir Aryevin Azərbaycanla bağlı bəyanatına münasibət bildiriblər.

Ali Radanın deputatı Sergey Taruta APA-ya bildirib ki, V. Aryevin bəyanatı nə Ukrayna hökumətinin, nə də Ali Radanın mövqeyini əks etdirmir: "Bizim məqsədimiz iki ölkə arasında münasibətləri inkişaf etdirməkdir, zərbə vurmaq yox. Hazırda da çox yaxşı münasibətlərimiz var və biz də Ali Rada olaraq buna dəstək verməliyik. Aryevin qeyri-adekvat bəyanatına görə biz Ukrayna hökuməti və parlamenti adından Azərbaycandan üzr istəyirik. Təəssüf ki, indi Ukraynada bir çox gənc radikal siyasətçilər var ki, siyasətin mahiyyətini anlamır. Bu da onun nəticəsidir. Biz üzr istəyirik. Ümid edirəm ki, Aryev də böyük səhv etdiyini anlayacaq”.
 
Ali Radanın deputatı Nataliya Veselova da APA-ya deyib ki, Aryevin fikirləri onun şəxsi yanaşmasıdır: "O heç vaxt Ukrayna parlamenti adından belə açıqlama verə bilməz, çünki onun belə ifadələri Ukrayna dövlətinin xarici siyasətinə tamamilə ziddir. Biz Ali Rada olaraq üzr istəyirik və hesab edirəm Aryev özü də şəxsən Ukrayna-Azərbaycan dostluğunu xatırlayıb Azərbaycandan üzr istəməlidir. Ukrayna və Azərbaycan arasında dostluq münasibətləri var, Azərbaycan bizim dostumuzdur. Heç kimin ixtiyarı yoxdur ki, bu dostluğa kölgə salsın. Xüsusilə belə bir vaxtda Ukraynanı sevən ukraynalı siyasətçilər bunu yaxşıca anlamalıdırlar”.
 
Ali Radanın "Blok Poroşenko”dan olan üzvü, Ukrayna-Azərbaycan dostluq qrupunun üzvü  Dmitri Andreyevskiy isə APA-ya bildirib ki, Aryevin bu bəyanatı nəinki düzgün deyil, ümumiyyətlə, qəbuledilməzdir: "O hansı səhvi buraxdığını deyəsən yaxşı anlamır. Əminəm ki, anlayacaq və səhvinə görə hər iki dövlət, hər iki xalq qarşısında üzr istəyəcək”.  D. Andreyevskiy deyib ki, Ali Radanın heç bir deputatının haqqı yoxdur ki, Azərbaycanda çevrilişə çağırış etsin: "Nəinki Azərbaycanda, ümumiyyətlə, heç bir xarici dövlətdə. Hətta hansı beynəlxalq təşkilatda təmsil olunursa belə bu ona belə səlahiyyət vermir. Siyasətçi bəyanatlarında özünə və təmsil etdiyi dövlətə, onun maraqlarına hörmət etməlidir. Bizim Azərbaycanla çox gözəl dostluq münasibətlərimiz var. Biz Ukraynanın çətin günlərində Azərbaycanın göstərdiyi dəstəyi çox yüksək qiymətləndiririk. İndi heç kimin bu xidmətlərə kölgə salmağa ixtiyarı yoxdur”.
 
Qeyd edək ki, V. Aryev sosial şəbəkədə İrəvandakı aksiyaları nümunə gətirərək Azərbaycanda da bu cür xaos gözlənildiyi barədə bəyanatlar verib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Dünya 16:42
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
Dünya 15:01
Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Dünya 20:16
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol