• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Ərdoğan: Buna əsla imkan verməyəcəyik

Ərdoğan: Buna əsla imkan verməyəcəyik
27.06.2015 11:01
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında dövlət qurulmasına icazə verməyəcəklərini deyib.

 ANS PRESS-in məlumatına görə, Türkiyə "Qırmızı Aypara” cəmiyyətinin təşkil etdiyi iftar proqramında iştirak edən Ərdoğan çıxışda jurnalistlərin suallarına cavab verib. Türkiyə prezidenti bəyan edib ki, bəzi qüvvələr Kobanidə baş verən hücumlardan istifadə edərək Türkiyəni yenidən qarışdırmağa çalışır: 

"Daha əvvəl bir Kobani hadisəsi baş verdi. Suriya və İraqın onlarla şəhərində, yüzlərlə qəsəbəsində davam edən insidentlər Kobanidə də baş verdi. Bu hadisəni bəhanə edən bəzi çevrələr 6,7,8 oktyabr 2014-cü il tarixdə Türkiyənin bir çox yerində hadisələr törətdi. İndi yenə də həmin şəhərlərdə bəzi hadisələr baş verir və bəzi qruplaşmalar bundan Türkiydə iğtişaşlar törətmək üçün istifadə etmək istəyirlər”.

Ərdoğan həmçinin bütün dünyaya müraciət edərək Suriyanın şimalında dövlət qurulmasına icazə verməyəcəklərini deyib:

"Burdan bütün millətimə və bütün dünyaya səslənirəm. Suriyanın şimalında, ölkəmizin cənubunda bir dövlət qurulmasına əsla izn vermyəcəyik. Bunun belə bilinməsini istəyirəm. Bədəli nə olursa olsun, bu istiqamətdə mübarizəmiz davam edəcək”. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur
Dünya 03:33
Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur
Krımda nüvə silahı təhlükəsi
Dünya 03:19
Krımda nüvə silahı təhlükəsi
Elektrik enerjisi almaq üçün eşşəklərdən istifadə edirlər
Dünya 03:13
Elektrik enerjisi almaq üçün eşşəklərdən istifadə edirlər
Rusiyada azərbaycanlılarla ruslar arasında kütləvi dava
Dünya 19:23
Rusiyada azərbaycanlılarla ruslar arasında kütləvi dava
1 dollar 4 manat oldu, valyuta satışı dayandırıldı - Bu ölkədə
Dünya 21:30
1 dollar 4 manat oldu, valyuta satışı dayandırıldı - Bu ölkədə
Rusiyada türk filmlərinə QADAĞA
Dünya 09:45
Rusiyada türk filmlərinə QADAĞA
Türk Hava Yollarından Fransaya uçuşlar ilə əlaqədar AÇIQLAMA
Dünya 10:23
Türk Hava Yollarından Fransaya uçuşlar ilə əlaqədar AÇIQLAMA
Gedilməsi təhlükəli olan ölkələr - XƏRİTƏ
Dünya 11:36
Gedilməsi təhlükəli olan ölkələr - XƏRİTƏ
Kralın 16
Dünya 14:32
Kralın 16 "Kamaz"lıq əşyası azərbaycanlı milyarderin otelində
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol