• $ 1.7
  • € 1.9087
  • ₽ 0.020606
  • ₺ 0.0439
  • £ 2.2585

İlham Əliyev: "Güclü olmaq lazımdır" - VİDEO

İlham Əliyev:
29.06.2015 09:12
"Yalnız öz gücümüzə inanmalıyıq"

Amma nəyin bahasına olursa-olsun güclü olmaq lazımdır. Güclü olmaq lazımdır ki, haqqını alasan və haqlı olasan. Başqa cür mümkün deyil. Ali Baş Komandan İlham Əliyevin fikirlərinə sözümə qüvvət kimi gətirirəm.

"Bugünkü dünyada güc faktoru əsas rol oynayır. "Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsipdir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Əlbəttə, beynəlxalq davranış qaydaları, beynəlxalq hüquq normaları var və beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Ancaq biz bu fəaliyyətin konkret nəticələrini görmürük. Bir daha qeyd etmək istəyirəm ki, bir çox hallarda dövlətimizə, xalqımıza qarşı ədalətsizlik görürük. Necə olur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrı bəzi hallarda saatlar içində icra edilir. Bizə gəldikdə isə 20 il keçibdir, bu qətnamələr kağız üzərində qalır. Bu, ədalətsizlikdir, ikili standartlardır. Ancaq yenə də demək istəyirəm, biz real vəziyyəti çox düzgün təhlil edərək bir daha qərara gəlirik ki, yalnız iqtisadi gücümüzə, hərbi gücümüzə, Azərbaycan xalqının istedadına arxalanmalıyıq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur, nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti heç bir başqa varianta razı ola bilməz. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, qeyd etdiyim kimi, bugünkü Ermənistan ərazisi bizim tarixi torpağımızdır. Ancaq biz öz torpağımızı heç kimə verməyəcəyik və heç vaxt bu vəziyyətlə barışmayacağıq.

Biz münaqişəni tezliklə, ədalətli və öz xeyrimizə həll etmək üçün daha da güclü olmalıyıq. Biz güclü dövlət qururuq. Bu gün Azərbaycan dünya miqyasında qüdrətli dövlət kimi tanınır”, – deyə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bəyan edib. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Prezident: “Buna rüşvət demək olmaz, əsl reketlikdir” - VİDEO
10:42
Prezident: “Buna rüşvət demək olmaz, əsl reketlikdir” - VİDEO
Zakir Həsənov: Əsgərimiz piti də yeyir – VİDEO
11:39
Zakir Həsənov: Əsgərimiz piti də yeyir – VİDEO
İlham Əliyev:
09:12
İlham Əliyev: "Güclü olmaq lazımdır" - VİDEO
Zakir Həsənov ermənilərin itkilərini açıqladı - VİDEO
23:02
Zakir Həsənov ermənilərin itkilərini açıqladı - VİDEO
Prezidentin məmurlara tapşırığı nə oldu - VİDEO
20:54
Prezidentin məmurlara tapşırığı nə oldu - VİDEO
Azərbaycan Ordusu 2 erməni hərbçini belə məhv etdi - VİDEO
14:46
Azərbaycan Ordusu 2 erməni hərbçini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol