• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Avropa Oyunlarının qalibləri nə qədər pul mükafatı alacaqlar? – MƏBLƏĞ

Avropa Oyunlarının qalibləri nə qədər pul mükafatı alacaqlar? – MƏBLƏĞ
29.06.2015 14:36
Bakı 2015 I Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarına veriləcək pul mükafatının ümumi məbləği məlum olub.

ANN.Az Report-a istinadən xəbər verir ki, medal sahiblərinə və onların şəxsi məşqçilərinə ümumilikdə 8 005 000 manat ödəniləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı və Milli Olimpiya Komitəsi tərəfindən veriləcək pul mükafatının 3 450 000 manatı qızıl medal qazananlara və onların şəxsi məşqçilərinə, 1 895 000 manatı gümüş medalçılara və onların məşqçilərinə, 2 660 000 manat isə bürünc medalçılara və onların şəxsi məşqçilərinə çatacaq.

Azərbaycan idmançıları 17 gün davam edən Oyunlarda 56 medal qazanıb ki, bunların da 21-i qızıl, 15-i gümüş, 20-si isə bürüncdür.

Bakı 2015 I Avropa Oyunlarında I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), onun şəxsi məşqçisinə 75 min manat (Prezidentin sərəncamı ilə 50 min + MOK tərəfindən 25 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), onun şəxsi məşqçisinə 40 min manat (Prezidentin sərəncamı ilə 25 min + MOK tərəfindən 15 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), onun şəxsi məşqçisinə 25 min manat (Prezidentin sərəncamı ilə 15 min + MOK tərəfindən 10 min) pul mükafatı ayrılıb.
 




 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
09:31
"Qarabağ" klubu Hollandiya mətbuatında
2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək
09:15
2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək
“Bakı 2015” biletini necə əldə etmək olar?
06:59
“Bakı 2015” biletini necə əldə etmək olar?
Həftənin ən gözəl qolları - VİDEO
06:46
Həftənin ən gözəl qolları - VİDEO
“Qarabağ” uduzdu
06:45
“Qarabağ” uduzdu
Zabit Səmədov məşhur idmançı ilə döyüşə çıxacaq - VİDEO
06:43
Zabit Səmədov məşhur idmançı ilə döyüşə çıxacaq - VİDEO
Nurlan Novruzov:
06:42
Nurlan Novruzov: "Bizə hambal kimi niyə baxırlar?"
Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları - SİYAHI
06:41
Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları - SİYAHI
Riçard Almeydanın mükəmməl qolu - Video
06:40
Riçard Almeydanın mükəmməl qolu - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol