UEFA azərbaycanlıya vəzifə verdi
Emil Əliyev qitə futbol qurumunun mini-futbol və çimərlik futbolu üzrə komitəsinə üzv seçilib
Rusiya Mini-Futbol Assosiasiyasının (AMFR) əslən azərbaycanlı prezidenti Emil Əliyevə UEFA-da vəzifə verilib. "Report"un məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.
E.Əliyev qitə futbol qurumunun mini-futbol və çimərlik futbolu üzrə komitəsinə üzv seçilib.
Qeyd edək ki, Emil Əliyev 2011-ci ildən AMFR-in prezidentidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox