• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

İkinci Avropa Oyunları Belarusda keçirilə bilər

İkinci Avropa Oyunları Belarusda keçirilə bilər
30.06.2015 16:57
İkinci Avropa Oyunları Belarusda keçirilə bilər. Trend-in məlumatına görə, bu barədə yerli telekanallardan birinə müsahibəsində Belarusun Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti, Belarus prezidentinin bədən tərbiyəsi, idman və turizmin inkişafı üzrə köməkçisi Maksim Rıjenkov açıqlama verib.

O bildirib ki, Avropa Olimpiya Komitələri ikinci Avropa Oyunlarının Belarusda keçirilməsini təklif edib: "Əgər Avropa Olimpiya Komitələrinin tələblərinə uyğun şərtlər irəli sürsək, oyunlar Belarusda keçirilə bilər. Eyni zamanda oyunlara hazırlıqlar böyük xərclər tələb edir. Maliyyə aspekti bu məsələdə əsas şərtdir. Amma o da var ki, Azərbaycanda xüsusi olaraq oyunlar üçün böyük infrastruktur obyektləri tikiblər, ancaq Belarusda avarçəkmə kanalları, su-idman kompleksləri, arenalar artıq mövcuddur. Bu da ilkin xərcləri aşağı salır. Ancaq bununla belə atletlər, jurnalistlər və rəsmi şəxslərin qəbulu, onların qalmaq və yemək təminatı, logistika və yarışların yayımı da az pul tələb etmir”.

M.Rıjenkov onu da əlavə edib ki, Belarus hələ Avropa Oyunlarına ev sahibliyi etməkdən imtina etməyib. Qeyd edək ki, hələlik digər potensial namizədlər də imtina etməyib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol