• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Rusiya Baltiklərin müstəqilliyi məsələsinə baxır

Rusiya Baltiklərin müstəqilliyi məsələsinə baxır
01.07.2015 17:59
Rusiya Baş Prokurorluğu Baltik ölkələrinin 1991-ci ildə Sovet İttifaqından ayrılması, müstəqillik qazanması qərarının hüquqiliyini araşdırır

Rusiya Baş Prokurorluğu Baltik ölkələrinin 1991-ci ildə Sovet İttifaqından ayrılması, müstəqillik qazanması qərarının hüquqiliyini araşdırır. İyunun 30-da bunu prokurorluğun sözçüsü bildirib.

Ötən il prokurorluq qərar vermişdi ki, Krım 1954-cü ildə qeyri-qanuni olaraq Ukraynaya verilib. Bu səbəbdən Litva, Latviya və Estoniyada narahatlıq yaranıb. Litva prezidenti Dalia Grybauskaite məsələyə sərt reaksiya verib:

"Heç kəsin bizi qorxutmaq hüququ yoxdur. Müstəqilliyimizi Litva xalqının qanı və canı hesabına qazanmışıq,” o, deyib.

Çoxluqda olan Vahid Rusiya partiyasının 2 üzvü prokurorluğa müraciətində bildirib ki, Estoniya, Latviya və Litvaya müstəqillik verilməsini nəzərdə tutan qərarlar qanunsuz olub. Deputatların fikrincə, bu qərarlar ölkəyə "böyük ziyan vurub” və ona görə də "dövlətə xəyanət” sayılmalıdır.

Ancaq bu təşəbbüs çox uzağa getməyə bilər. "Bu barədə heç nə eşitməmişəm,” Rusiyanın xarici işlər naziri Sergei Lavrov Vyanada jurnalistlərə deyib. "Bildiyim odur ki, bu Baltik ölkələri ilə diplomatik münasibətlərimiz və dövlətlərarası müqavilələrimiz var”. /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Dünya 20:16
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Dünya 18:40
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Dünya 18:31
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol