Ronaldinyo Türkiyə klubunda
Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo karyerasını Türkiyə superliqasında davam etdirəcək.
Qol.Az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Təcrübəli yarımmüdafiəçi yeni mövsümdən superliqada çıxış edəcək "Antalyaspor”la razılığa gəlib. Klubun vitse-prezidenti Burak Akpınar yerli mətbuata açıqlamasında xəbəri təsdiqləyib. O, Ronaldinyo qazanacağı məbləği də açıqlayıb:
"Onunla hərtərəfli razılığa gəlmişik. Yaxın günlərdə müqavilə imzalanacaq. Bir illik müqavilə nəzərdə tutulub. Təxminən illik 3 milyon avro qazanacaq”.
Qeyd edək ki, "Antalyaspor” digər ulduz futbolçu Samuel Eto'onu da heyəitnə cəlb edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox