• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Azərbaycanın ən məşhur polisləri — SİYAHI

Azərbaycanın ən məşhur polisləri — SİYAHI
02.07.2015 13:36
Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin 24 mayında imzaladığı fərmana əsasən hər ilin 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd olunur. 

Ümumiyyətlə, bu peşə Azərbaycanda yetərincə populyar hesab olunur. Azərbaycanda məşhur şəxslər və onların övladları arasında da polis orqanlarında çalışanlar az deyil. Qeyd etmək yerinə düşər ki, polis orqanlarında çalışan məşhur şəxslər arasında idmançılar üstünlük təşkil edir.

Beləliklə, Ölkə.Az polis əməkdaşı olan məşhurlar və məşhur övladlarının siyahısını təqdim edir.

2008-ci il Pekin Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli artıq altı ildir ki, polis əməkdaşıdır. 2009-cu ildə Polis Akademiyasına qəbul olan Məmmədli hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektorudur.

Azərbaycanın əfsanəvi güləşçisi, Avropa və Olimpiya çempionu, dünya çempionatının finalçısı Namiq Abdullayevin isə polisdə təcrübəsi daha çoxdur. 44 yaşlı idmançımız 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hazırda DQBİ-nin idman komandasının rəisi, polkovnik-leytenantıdır.

Azərbaycanın ən titullu samboçusu, doqquzqat dünya çempionu Ceyhun Məmmədov 12 ildir Sambo Federasiyasının prezidenti olmaqla yanaşı, polis polkovnik-leytenantı rütbəsi daşıyır. O da Namiq Abdullayev kimi Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Tanınmış aktyor, "Planet Parni iz Baku" KVN teatrının aparıcı üzvlərindən olan Cabir İmanov 16 ildir ki, polis orqanlarında çalışır. 38 yaşlı İmanov hazırda polis polkovnik-leytenantıdır.

Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov da polis orqanlarında çalışır. Ancaq onun hansı rütbə daşıdığını öyrənə bilmədik.

Tanınmış xanəndə, əməkdar artist Bəsti Sevdiyevanın oğlu Ayxan da polis əməkdaşıdır. Tanınmış futbol hakimi, FİFA referisi Fariz Yusifov uzun illərdir polis əməkdaşıdır. O, hazırda polis kapitanıdır.

Pekində keçirilən Olimpiya oyunlarının bürünc mükafatçısı, veteran cüdoçu Mövlud Mirəliyev Şəmkir Olimpiya Kompleksinin direktoru olmaqla yanaşı həm də polis mayorudur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol