• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Rusiya İŞİD-ə görə Türkiyəyə səsləndi

Rusiya İŞİD-ə görə Türkiyəyə səsləndi
03.07.2015 22:38
"Bu ziddiyyətlər hazırda həmin ölkələr üçün prioritet olmalı deyil"

Rusiya İŞİD terror qruplaşmasına qarşı mübarizədə bölgə ölkələrini birliyə çağırıb. 

ANS PRESS-in məlumatına görə, bu barədə danışan Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinin bütün bölgə dövlətlərinin öz imkanlarını birləşdirilməsini təklif etdiyini deyib: "Bu Suriya üçün də etibarlı olar. İŞİD-lə mübarizəyə ölkəsinin birlik və bərabərliyini istəyən, terror qruplarına qoşulmayan silahlı müxalif güclər də qatıla bilər. 

Rusiya xarici işlər naziri Sergey Lavrov.

Koalisiyaya bölgənin başqa dövlətlərinin də qatıla biləcəyini deyən Rusiya xarici işlər naziri sözügedən birlikdə Suriyada yaşayan kürdlərin, bölgənin digər dövlətləri İraq, İran, Türkiyə və Səudiyyə Ərəbistanını da görmək istədiklərini deyib. 

Kimsəyə hər hansı bir planı təlqin etmək kimi niyyətlərinin olmadığını söyləyən Lavrov bölgə dövlətlərini aralarındakı ziddiyətləri kənara qoymağa səsləyib: "Biz yalnız bunu görürük. Bölgədəki bəzi dövlətlər arasındakı mövcud ziddiyyətlər, əsas hədəf olan terrorla mübarizədə diqqətləri yayındırır. Bu ziddiyyətlər hazırda həmin ölkələr üçün prioritet olmalı deyil". 

Qeyd edək ki, iyun ayının 29-da Moskvada Rusiya prezidenti Vladimir Putin Suriya xarici işlər naziri Vəlid Muallim ilə görüşündə bölgədəki digər ölkələrin də İŞİD-ə qarşı mübarizədə birləşməsinin lazım olduğunu demişdi. Putin Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanının İŞİD-ə qarşı mübarizəyə qoşulmağa hazır olduğunu da sözlərinə əlavə etmişdi. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Dünya 20:16
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Dünya 18:40
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Dünya 18:31
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol