• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Nuşirəvan Məhərrəmli: "Belə bir şey ümumiyyətlə ola bilməz"

Nuşirəvan Məhərrəmli:
08.07.2015 14:56
"Milli Televiziya və Radio Şurası (MTRŞ) Rusiyanın hər hansı radiosuna fəaliyyət göstərməyə icazə verməyib. MTRŞ başında erməninin durduğu radionun Azərbaycan ərazisində fəaliyyətinə icazə verə bilməz. Belə bir şey ümumiyyətlə ola bilməz".

Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli erməni əsilli jurnalist Marqarita Simonyanın baş redaktoru olduğu Rusiyanın "Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin tərkibinə daxil olan "Sputnik” radiosunun Bakıda fəaliyyətə başlaması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

MTRŞ sədrinin sözlərinə görə, Azərbaycan ərazisində teleradio məkanında hər şey Azərbaycan dilində olduğu üçün bunların hamısı nəzərə alınır: "Amma ola bilsin ki, həmin radio burada yerli radiolardan biri ilə əməkdaşlıq edə, hansısa verilişi alıb onu tərcümə edərək yaya və musiqi səsləndirə bilərlər. Dünyanın hər yerində belə qarşılıqlı əməkdaşlıqlar edilir. Yəni proqramlar alınır. Amma bir halda ki, bu xarici ölkə radiosudursa, özü də başında erməni əsilli redaktor durursa, təbii ki, radio kanalları da gərək bu məsələdə ehtiyatlı olsunlar. Ola bilər ki, onlar burada hansısa layihə həyata keçirib, veriliş hazırlayıb, sonra onu Moskvaya ötürsünlər və oradan yaysınlar. Amma bu məsələ ilə bizim heç bir əlaqəmiz yoxdur. Həmin verilişlərin xarici ölkələrdə yayılması onların öz işləridir. Söhbət Azərbaycan ərazisindən gedirsə, burada rus dilində hər hansı verilişin yayımı ola bilməz. Belə bir şey olsa, biz dərhal tədbirimizi görəcəyik”.

Qeyd edək ki, Rusiyanın "Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin tərkibinə daxil olan "Sputnik” radiosunun Bakıda həyata keçirdiyi layihəsinin rəhbəri Əziz Əliyev ANS PRESS-ə bildirib ki, onlar may ayından etibarən Bakıda yerli radioların biri ilə birgə layihə həyata keçirməyə başlayıblar. Onun sözlərinə görə, "Sputnik” Azərbaycanda həm audio verilişlər hazırlayır, həm də rus və Azərbaycan dillərində portal işə salaraq xəbər yayır. Radio baş verənləri Rusiyanın baxış bucağı altında Azəraycan dinləyicilərinə çatdırır.

Xatırladaq ki, 31 dekabr 2013-cü il tarixdən "Sputnik”radiosunun da daxil olduğu "Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktoru erməni əsilli jurnalist Marqarita Simonyandır. Rusiyadakı erməni icmasının ən fəal nümayəndələrindən, eləcə də "erməni soyqırımı” ideyasının təbliğatçılarından biri olan M.Simonyan Ermənistan qarşısında göstərdiyi "xidmətlərə” görə 2010-cu il noyabrın 18-də Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən "Movses Xorenasi" medalı ilə təltif edilib.

Bu məsələ dərhal sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və böyük çaşqınlıq yaradıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Cəmiyyət 13:15
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Ötən gün pirotexniki vasitələr satan 9 nəfər saxlanılıb
Cəmiyyət 13:00
Ötən gün pirotexniki vasitələr satan 9 nəfər saxlanılıb
Yeni ilin ilk gününün hava proqnozu açıqlanıb
Cəmiyyət 12:26
Yeni ilin ilk gününün hava proqnozu açıqlanıb
Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var
Cəmiyyət 12:24
Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var
DYP küləkli hava şəraiti ilə bağlı sürücülərə çağırış edib
Cəmiyyət 11:32
DYP küləkli hava şəraiti ilə bağlı sürücülərə çağırış edib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 11:08
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda külək ağacı elektrik xəttinin üzərinə aşırıb
Cəmiyyət 10:30
Bakıda külək ağacı elektrik xəttinin üzərinə aşırıb
FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Cəmiyyət 10:09
FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
Cəmiyyət 08:55
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol