• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Ərdoğanın qalmaqallı sarayının adı dəyişdi

Ərdoğanın qalmaqallı sarayının adı dəyişdi
08.07.2015 18:25
İnşasına külli miqdarda dövlət vəsaiti xərclənən Türkiyədəki prezident sarayının adı dəyişdirilib.

Ağ Saray kimi təqdim olunan prezident iqamətgahı bundan sonra Prezident Külliyyəsi adlandırılacaq. Artıq Türkiyə prezidentinin rəsmi internet səhifəsindəki təqdimatda yeni addan istifadə olunub.

Türkiyədə külliyyə anlayışı Osmanlı dövründən gəlir. Həmin vaxtdan, xüsusən də İstanbulun fəthindən sonra ölkədə külliyyələrin sayı artmağa başlayıb. Külliyyə - daxilində məscid, mədrəsə, məktəb, karvansaray, türbə, imarət, kitabxana, hamam və s. birləşdirən binalar toplusuna deyilir.

Ad dəyişimi ilə bağlı rəsmi açıqlama verilməsə də, böyük ehtimalla bu, Ağ Sarayın adı ətrafında səngiməyən qalmaqallarla bağlıdır. Türkiyə mətbuatı və müxalifəti ilk gündən Ağ Sarayla bağlı tənqidi mövqedə olub. Buna səbəb iqamətgahın inşasına və içinin döşənməsinə fantastik məbləğdə pulların xərclənməsi, üstəlik sarayın qanunsuz ərazidə tikilməsidir. Bu səbəbdən tənqidçilər prezidentin iqamətgahını «Qaçaq saray» adlandırır. Sarayın dəbdəbəsi, onun ərazisinə görə ABŞ-dakı Ağ Evdən bir neçə dəfə böyük olması, otaqlarının sayının çoxluğu Qərb mətbuatında da müzakirə mövzusu olub.

Bir müddət əvvəl «New York Times» özünün «Twitter» hesabından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana işarə edərək «Hansı liderin Ağ Evdən 30 dəfə böyük 1150 otaqlı sarayı var?» deyə, kinayəli sual da ünvanlamışdı.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Dünya 20:16
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Dünya 18:40
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Dünya 18:31
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol