Məşhur Hollivud aktrisası Putinə açıq məktub yazdı
Ətraf mühitin qorunması və heyvan haqlarının müdafiəçisi, tanınmış Hollivud aktrisası Pamela Anderson Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Pamela Andersonun "SEA Shepherd" təşkilatının internet səhifəsində dərc olunan açıq məktubda İslandiyadan Yaponiyaya 1700 tonluq balina ətini daşıyan gəmilərin keçəcəyi Şimal Dəniz Yolunun bağladılması tələb olunub: "Sizə şəxsi istəyimlə bağlı müraciət edirəm və bu məktubu nəsli tükənməkdə olan heyvanların qorunması məqsədilə sizə ünvanlayıram. Hazırda Norveçin Tromso limanında dayanan "Winter Bay" gəmisi 1,7 tondan çox balına ətini daşıyır. Haqqında bəhs etdiyi fin balinalarıdır və Beynəlxalq Balına Ovçuluğu Komissiyasının bütün hesabatlarına rəğmən onlar qanundankənar yollarla öldürülürlər. Bu balınaları daşıyan gəmilərin Rusiya sularına keçməsinə izacə verməyin".
20-ci əsrin ortalarından başlayaraq nəzarətsiz halda ovlanan fin balınalarının öldürülməsinə 1982-ci ildən qadağa qoyulub. Amma İslandiya təktərəfli olaraq 2006-ci ildə bu qadağaya əhəmiyyət verməmiş və onların ovlanmasına icazə vermişdi.
Pamela Anderson Hollivud ulduzları arasında heyvan haqlarını qoruyan ən aktiv şəxsdir. O, bu xidmətlərinə görə, 1999-cu ildə "Linda McCartney" mükafatına layiq görülüb.
Nuray
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox