• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Bəhram Xəlilov: “Dövlət qulluğu sahəsində əksər neqativ halların qarşısını almışıq”

Bəhram Xəlilov: “Dövlət qulluğu sahəsində əksər neqativ halların qarşısını almışıq”
09.07.2015 11:38
Bakıda "Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuq” mövzusunda beynəlxalq konfrans başlayıb. 

"Report” xəbər verir ki, tədbirdə 25-dən çox ölkənin nümayəndələri iştirak edir.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd dövlət idarəçiliyi sistemində aparılan islahatlar nəticəsində dövlət qulluqçularının peşəkarlığının artırılması sahəsində əldə olunan təcrübənin mübadilə edilməsidir.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbulda Azərbaycan modeli yaradılıb: "Bununla da bu sahədə əksər neqativ halların qarşısını almışıq. Həmçinin dövlət qulluqçularının fəaliyyətinin qiymətlərndirilməsinə başlanılıb və bütün dövlət qurumlarında bu iş həyata keçirilir. Bu iş gələcəkdə də davam edəcək. Bilirik ki, bütün islahatlar zamanı müəyyən maneələrə rast gəlinir, lakin biz görəcəyimiz işin yüksək səviyyədə olması üçün bütün problemləri aradan qaldırmağa hazır olmalıyıq”.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq sektorunun rəhbəri Jeroen Villems deyib ki, Azərbaycanın Aİ ilə əməkdaşlığı uzun illərdir davam edir: "Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramına daxil olan 6 ölkə ilə ikitərəfli münasibətləri davamlı şəkildə inkişaf etdirir. Yeni siyasət formalaşmaqdadır. Bunun üçün Azərbaycan və digər ölkələrdən təkliflər almaqdayıq. Bu məsələdə 3 əsas amil var ki, bunlar ehtiyaclara uyğunlaşdırılmış yanaşmanın tətbiqi, məsləhətləşmələrdə özünü göstərən vacib məsələlərə qarşılıqlı maraqlara uyğun formada diqqət yetirilməsi və sahiblik məsələsidir”.

O qeyd edib ki, Azərbaycanla münasibətlərə fərqli və özünəməxsus yanaşma olduğu xüsusi vurğulanmaldır: "Qarşılıqlı ikitərəfli əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. "Strateji tərəfdaşlıq haqqında" sazişin imzalanması barədə təklif hazırda nəzərdən keçirilir. Təlim siyasəti sahəsində də müəyyən uyğunlaşmalar var”.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek bildirib ki, davamlı inkişaf BMT-nin İnkişaf Proqramı üçün əsas amildir: "Güclü və səmərəli dövlət qulluğunun təşkili çox vacib məsələdir. Məqsəd isə ən yaxşı və istedadlı şəxslərin ölkənin inkişafınada aparıcı rol oynamasını təşkil etməkdir. Bu tempi mütləq inkişaf etdirmək lazımdır”.

Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel isə əlavə edib ki, Azərbaycanda I Avropa Oyunlarının əhvali-ruhiyyəsi hələ də qalıb: "Bakı bir daha nümayiş etdirdi ki, beynəlxalq əməkdaşlıq ab-havası qalır. Yüksək səviyyədə auditoriyanın bir araya gətirilməsi münasibəti ilə hər kəsə minnətdarlığımı çatdırıram”.

O deyib ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) işini bu sahədə xüsusi vurğulamaq lazımdır: "Uğurlu təcrübə və müsbət hədəfləri tapmağa çalışmalıyıq".
Xatırladaq ki, iki gün davam edəcək konfrans "Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək” layihəsi çərçivəsində düzənlənir. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni ilin ilk gününün hava proqnozu açıqlanıb
Cəmiyyət 12:26
Yeni ilin ilk gününün hava proqnozu açıqlanıb
Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var
Cəmiyyət 12:24
Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var
DYP küləkli hava şəraiti ilə bağlı sürücülərə çağırış edib
Cəmiyyət 11:32
DYP küləkli hava şəraiti ilə bağlı sürücülərə çağırış edib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 11:08
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda külək ağacı elektrik xəttinin üzərinə aşırıb
Cəmiyyət 10:30
Bakıda külək ağacı elektrik xəttinin üzərinə aşırıb
FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Cəmiyyət 10:09
FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
Cəmiyyət 08:55
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
Bakıda ağaclıq sahədə yanğın baş verib - Video
Cəmiyyət 20:59
Bakıda ağaclıq sahədə yanğın baş verib - Video
BDYPİ sürücülərə çağırış edib
Cəmiyyət 20:19
BDYPİ sürücülərə çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol