• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Vahid Ələkbərovun əmlakına həbs qoyuldu

Vahid Ələkbərovun əmlakına həbs qoyuldu
09.07.2015 12:51
Rumınyanın Ploeşti şəhərinin apelyasiya palatası "Lukoil Europe Holdings Bvatrium Olanda” şirkətinin əmlakına həbs qoyub.

ANS PRESS-in məlumatına görə, prokurorluğun iddiası ilə gerçəkləşdirilən həbs 2 milyard avroluq əmlaka şamil edilib. Həmçinin Rusiyanın "Lukoyl" şirkətinin hesabları da dondurulub.

Məhkəmənin mətbuat xidmətindən BBC-yə bildiriblər ki, bu addım çirkli pulların yuyulması və vergidən yayınma işi üzrə istintaq çərçivəsində gerçəkləşdirilir.

Oktyabr ayında Rumıniya polisi "SC Petrotel Lukoil S.A. Ploiesti” şirkətinin zavodunda və ofislərində axtarışlar aparıb. Prokurorluq iddia edir ki, indi yeni şübhəlilər peyda olub. Onların sırasına şirkətin başçısı və daha beş əməkdaş daxildir. Şübhəlilərdən ikisi Rusiya vətəndaşıdır.

Ümumiyyətlə, cinayət işi ilə bağlı 23 reyd keçirilib. Bu çərçivədə səhmlərinin 97 faizi "Lukoyl"a məxsus olan Petrotel" də də axtarış aparılıb.

İstintaqın ilk vaxtlarında şübhəlilərin vurduğu zərər 200 milyon avro həcmində qiymətləndirilirdi. Amma indi prokurorluqda ehtimal edirlər ki, dəyən zərər milyardlarla ölçülür.

"Lukoyl" hələ ki, bu barədə xəbərləri şərh etməyib. Ümumiyyətlə, 2014-cü ildə şirkətin işi düz getməyib. "Lukoyl” prezidenti Vahid Ələkbərov keçən il şirkətin 2 milyard dollar itirdiyini vurğulayıb.

Rumıniyadan başlanan küləyin azərbaycanlıya məxsus Rusiya şirkətinə nə qədər zərər vuracağı hələ ki məlum deyil.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol