• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

İtaliya şirkəti TAP-da 20% pay almaq niyyətindədir

İtaliya şirkəti TAP-da 20% pay almaq niyyətindədir
09.07.2015 16:32
Azərbaycan prezidenti buna münasibət bildirib

Azərbaycan tərəfi İtaliyanın "Snam S.p.A." Qrupunun Trans-Adriatik Təbii Qaz Boru Xəttində (TAP) pay sahibi olmasına etiraz etmir.

ANN.Az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev "Milan Expo" Beynəlxalq sərgisi çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Niyə də yox? Əgər başqa səhmdarlar öz paylarını satmaq niyyətindədirsə, burada heç bir problem görmürəm", - deyə ölkə başçısı qeyd edib.

Prezident bildirib ki, TAP-ın tikintisi 2020-ci ildə başa çatacaq.

"Snam S.p.A." icraçı direktoru Karlo Malakarne isə "Reuters"ə müsahibəsində bildirib ki, şirkət iyun ayından etibarən TAP-da 20% səhm almaq üçün müvafiq qiymətləndirmə işlərinə başlayıb.

TAP "Mərhələ-2” çərçivəsində "Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, "Statoil” - 20%, "Fluxys” - 19%, "Enagas” - 16% və "EGL-Axpo” - 5%.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol