Qırğızıstanın dövlət kanalı Azerspace-1 peykinin resurslarından istifadə etməyə başlayıb
Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos” ASC və Qırğızıstanın İctimai televiziyası olan KTRK kanalı arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Qırğızıstanın İctimai Televiziya kanalı olan KTRK kanalı Azerspace-1 peykinin resurslarından istifadə etməyə başlayıb. Bu, Qırğızıstan bazarında imzalanan ilk müqavilə olması baxımından Azərkosmos üçün böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, Qırğızıstanın digər kanalları da Azerspace-1 peykinə maraq göstərir və bu kanallarla müqavilələrin imzalanması üçün danışıqlar aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat
16:16
ABB-nin tərəfdaşlığı ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsində
yarışacaq sahibkarlar məlum oldu
İqtisadiyyat
16:11
Bank Respublika 2025-ci ilin yekunlarına əsasən bazardakı mövqelərini daha da gücləndirib