Bakı və Abşeron bağlarına çəyirtkə hücumu

Bakının ətraf kəndlərinin və Abşeronun bağ sahələrinə çəyirtkələr hücum edib.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, çəyirtkələrin əkin sahələrinə hücumu son iki gün ərzində müşahidə edilir.
Kənd Təsərrüfatı Nazirliyindən (KTN) verilən məlumata görə, bununla əlaqədar onlara da siqnal daxil olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, müəyyən tədbirlər görülmədiyi təqdirdə çəyirtkələr əkin sahələrinə ciddi ziyan vura bilərlər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 