• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Azərbaycan prezidenti: “Fransaya böyük ümidlər bəsləyirik”

Azərbaycan prezidenti: “Fransaya böyük ümidlər bəsləyirik”
13.07.2015 18:49
Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı Fransua Ollandı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün Fransa xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Fransa münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Yüksək səviyyəli siyasi təmaslarımız, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığımız, davamlı mədəni və humanitar əlaqələrimiz ölkələrimizin və xalqlarımızın dostluğunu nümayiş etdirən mühüm amillərdir.
 
İnanıram ki, bu yaxınlarda Azərbaycana səfəriniz, apardığımız danışıqlar və imzalanmış Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu ikitərəfli münasibətlərimizin inkişafına mühüm təkan verəcək.
 
Fransanın Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasında marağı bizim üçün dəyərlidir. Biz Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın işğalına son qoyulması, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvasına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.
 
Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim sülh və rifah diləyirəm".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putinin nümayəndəsi: “Rusiya çox istərdi ki, Azərbaycan Şanxay Əməkdaşlığı Təşkilatı ilə...”
Dünya 16:18
Putinin nümayəndəsi: “Rusiya çox istərdi ki, Azərbaycan Şanxay Əməkdaşlığı Təşkilatı ilə...”
Azərbaycan prezidenti: “Fransaya böyük ümidlər bəsləyirik”
Dünya 18:49
Azərbaycan prezidenti: “Fransaya böyük ümidlər bəsləyirik”
Ermənilər Xocalıda ekokənd yaradırlar
Dünya 17:22
Ermənilər Xocalıda ekokənd yaradırlar
Türkiyə Müdafiə Nazirindən Qarabağa dəstək
Dünya 11:23
Türkiyə Müdafiə Nazirindən Qarabağa dəstək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol