• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Ukraynada millətçilərlə hökumət arasında qarşıdurma davam edir

Ukraynada millətçilərlə hökumət arasında qarşıdurma davam edir
14.07.2015 13:35
Ukrayna prezidenti Petro Poroshenko millətçi qruplaşma ilə polis arasındakı qarşıdurmaya son qoymaq məqsədilə iyulun 13-də Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.

Ukrayna prezidenti Petro Poroshenko ölkənin qərbindəki Mukaçeve şəhərində baş vermiş qanlı atışmanın ardınca radikal millətçi qruplaşma ilə polis arasındakı qarşıdurmaya son qoymaq məqsədilə iyulun 13-də Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.

İyulun 11-də üç nəfərin ölümü ilə nəticələnmiş atışmadan sonra Ukrayna təhlükəsizlik qüvvələri Sağ Sektorun silahlı üzvlərinin təslim olmalarına çalışırlar.

Sağ Sektor üzvləri ilə qarşıdurma hökumət və millətçi qüvvələrin arasında olan gərginliyi bir daha nümayiş etdirib.

Millətçilər ötən il Moskva tərəfindən dəstəklənən keçmiş president Victor Yanukovych-indevrilməsində əsas rol oynamış etiraz aksiyalarının hərəkətverici qüvvəsi olublar, lakin indi qərbpərəst liderlərin hakimiyyətinə meydan oxuyurlar.

Rusiya tərəfindən dəstəklənən separatçılarla davam edən münaqişə şəraitində millətçilərlə yaşanan bu qarşıdurma ölkənin milli birliyi üçün ciddi təhlükə təşkil edir.

Separatçılarla hökumət qüvvələri arasında 2014-cü ilin aprelindən davam edən münaqişədə indiyədək 6400 adam həlak olub.

Rusiya yönlü separatçılar Qərbin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs sazişinə əməl etmək istəmirlər.

Hərbi kabinet

Poroshenko-nun sözçüsü Svyatoslav Tseholko deyib ki, mart ayında təşkil edilmiş hərbi kabinetə baş nazir Arseniy Yatsenyuk və hökumətin başqa üzvləri, habelə silahlı qüvvələrin qərargah rəisi, sərhəd qoşunlarının, Milli Qvardiyanın komandanları və parlamentin spikeri daxildirlər.

Ukrayna Təhlükəsizlik Xidməti – SBU iyulun 12-də "qan axıdılmasının qarşısının alınması üçün” Sağ Sektorun silahlı üzvlərinin təslim olmalarını tələb edib.

Hakimiyyət iyulun 11-də onların tərksilah edilmələri üçün Mukaçeve yaxınlığında əməliyyata başlayıb, lakin belə görünür ki, silahlılar Ukraynanın Avropa İttifaqının üzvləri Macarıstan və Slovakiya ilə sərhədində olan meşəliklərdə gizləniblər.

Rəsmilər bildiriblər ki, atışmada yaralanmış iki nəfər təslim olub və hazırda xəstəxanada müalicə olunur. Lakin 12 silahlı hələ də müqavimət göstərir.

Ziddiyyətli versiyalar

Atışmanın səbəbləri hələlik bəlli deyil. Tərəflərin hadisələr barəsində ziddiyyətli versiyaları var, lakin Sağ Sektorun hərəkəti hazırda bir tərəfdən islahatları həyata keçirməyə və Rusiya tərəfindən dəstəklənən sepratçılarla ölkənin şərinqindəki Luqansk və Donetsk vilayətlərində münaqişəyə son qoymaq istədiyi bir vaxtda Kiyevin asayişi təmin etmək sahəsindəki problemlərini nümayiş etdirib.

Sağ Sektor Mukaçevedəki qarşıdurmaya səbəbin korrupsiya ilə mübarizə olduğunu iddia edir. Sağ Sektor üzvləri deyirlər ki, onları qaçaqmalçılıqda ittiham etdikləri bir siyasətçi iyulun 11-də tovlayaraq idman klubuna cəlb edib. Onlar iddia edirlər ki, qaçaqmalçılıq qərb vilayətlərindən olan Zakarpatyedə başlıca problemdir.

Arsen Avakov-un istefası tələb edilib

Qruplaşma həmçinin iddia edir ki, onlar polisin hücumuna məruz qalıblar və iki üzvləri öldürülüb.

Daxili İşlər Nazirliyi isə bildirir ki, Sağ Sektor döyüşçüləri birinci atəş açıblar və bir mülki şəxsi öldürüblər.

İyulun 12-də Kiyevdə və ölkənin başqa şəhərlərində etiraz aksiyaları keçirən Sağ Sektor tərəfdarları daxili işlər naziri Arsen Avakov-un istefasını tələb edirlər.

Bəzi rəsmilər ehtimal edirlər ki, zorakılıq Macarıstan, Slovakiya və Rumıniya ilə həmsərhəd Zakarpatyedə qaçaqmalçılıq yollarına nəzarət üstündə rəqabət aparan qruplar tərəfindən törədilib.

Qarşılıqlı ultimatumlar

Böyük macar əhalisinə malik bu regionda yaranmış vəziyyət prezident Poroshenko-nun problemlərini daha da artırıb.

İyulun 12-də Kiyev Sağ Sektorun təsliminə nail olmaq üçün regiona daha çox polis qüvvəsi göndərib. Prezident Poroshenko polisə atışma üçün məsuliyyət daşıyanların həbs və tərksilah edilməsi əmrini verib.

Öz növbəsində Sağ Sektor bildirib ki, regiona göndərilən polis qüvvələrinin qarşısını almaq məqsədilə yollarda buraxılış məntəqələri yaradır.

Onlar həmçinin hədələyirlər ki, Avkov işdən qovulmazsa öz qüvvələrini Kiyevə göndərəcəklər. /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Dünya 10:39
ABŞ-də 5 maqnitudalı zəlzələ olub
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Dünya 08:59
Rusiya qoşunları Odessanı atəşə tutub, xəsarət alanlar var
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
Dünya 23:57
Türkiyədə 61 təyyarə reysi ləğv olunub
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
Dünya 23:30
ABŞ qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə edilir - Zelenski
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Dünya 22:18
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Karapetyan ev dustaqlığına buraxılacaq
Dünya 20:45
Karapetyan ev dustaqlığına buraxılacaq
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Dünya 20:16
BƏƏ Yəməndəki hərbi missiyasını dayandırıb
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Dünya 18:40
Ərdoğan Somali Prezidenti ilə görüşüb
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Dünya 18:31
Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol