Rövnəq Abdullayev “Neftçi”nin idmançılarını təbrik etdi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Avropa Oyunlarında medal qazanan "Neftçi” idmançıları ilə görüşü baş tutub.
Oxu.Az xəbər verir ki, Rövnəq Abdullayev Birinci Avropa Oyunlarının ölkəmiz üçün mahiyyətini qeyd edib.
"Oyunlar Olimpiada kimi yüksək səviyyədə keçirilib. Qısa zaman ərzində idman obyektləri inşa olunub. Olimpiya stadionunun inşasında SOCAR da iştirak edib.
"Neftçi”ni Avropa Oyunlarında 79 idmançı təmsil edirdi. Onlar 6 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar. Ümid edirəm ki, tezliklə futbolçular da bizi belə sevindirəcəklər”.
Sonra idmançılara xatirə hədiyyələri və mükafatlar təqdim edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər