“Barselona” və “Real” arasında matçların tarixləri məlum oldu
La Liqada 2015/2016 mövsümündə futbol üzrə İspaniya çempionatının təqvimi elan edilib.
Oxu.Az xəbər verir ki, 1-ci turda çempion "Barselona” Bilbaoda "Atletiko” ilə, gümüş mükafatçı – Madrid "Real”ı isə Xixionda "Sportinq” ilə oynayacaq.
Madridin "Atletiko”su "Las-Palması”, "Valensiya” "Rayo Valekano”nu qəbul edəcək. Maraqlıdır ki, 1-ci turda azərbaycanlı futbolçu Eddi İsrafilovun keçmiş və indiki komandaları – "Qranada” və "Kordoba” görüşəcəklər.
Eləcə də mövsümün əsas matçı olan "Barselona” və "Real” arasında görüşün tarixi məlum olub. Bu oyunlar 12-ci və 31-ci turda keçiriləcək. Komandalar 7 və ya 8 noyabrda Madriddə, 2 və ya 3 apreldə Barselonada oynayacaqlar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər