• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Luis Enrike Ardanın transferindən danışdı

Luis Enrike Ardanın transferindən danışdı
15.07.2015 19:21
"Barselona"nın baş məşqçisi Luis Enrike yeni transferləri Arda Turan haqda fikirlərini bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, türk yarımmüdafiəçini heç bir kluba icarəyə göndərməyəcəklərini deyib:

"O, burada məşq edəcək, "Barselona"nın oyun üslubunu öyrənəcək. Arda burada güclü futbolçularla çalışacaq. Buna görə də onun başqa kluba getməyinə ehtiyac yoxdur".

L.Enrike A.Turanın bacarıqlı futbolçu olduğunu vurğulayıb:

"Arda topu rəqibə asanlıqla vermir. Ardanın bu bacarığından istifadə edəcəyik".

"Barselona"nın baş məşqçisi onu da qeyd edib ki, türk oyunçunu "Atletiko"da çıxış etdiyi zamandan yaxşı tanıyır. L.Enrike A.Turanı hansı mövqedə oynatmağa hələ qərar vermədiyini söyləyib:

"Onu ya yarımmüdafiə, ya da hücumda oynadacam”.

L.Enrike klub prezidenti Josep Maria Bartomeu və rəhbərliyə A.Turanı transfer etdikləri üçün təşəkkür edib:

"Ötən mövsüm bitdikdən sonra bu transferin gerçəkləşdirlməsini istəmişdim. Onlar da prezident seçkilərindən öncə bu transfer işlərini yekunlaşdırdılar”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol