• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Qiymətli kağızlar bazarı haqqında qanun qüvvəyə mindi

Qiymətli kağızlar bazarı haqqında qanun qüvvəyə mindi
15.07.2015 20:27
Azərbaycan Prezidenti İlham Əliyev "Qiymətli kağızlar bazarı haqqında” qanunun tətbiqi barədə fəman imzalayıb.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Qiymətli kağızlar bazarı haqqında” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etmək; həmin qanunun qəbulu ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirlərinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Prezidentə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edib Prezidentə məlumat vermək; həmin qanunun 3.6-cı maddəsinə uyğun olaraq, dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü qaydasını müəyyən etsin və bu barədə Prezidentə məlumat vermək; həmin qanunun 62.3-cü maddəsinə uyğun olaraq, ofşor zonaları müəyyən etmək və bu barədə Prezidentə məlumat vermək; həmin qanunun 89.1.2-ci maddəsinə uyğun olaraq, mərkəzi depozitarın illik xalis mənfəətindən məcburi ayırmaların faizini müəyyən etsin və bu barədə Prezidentə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək tapşırılıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə isə qanunun bir sıra maddələrindən irəli gələn normativ-hüquqi aktları qəbul etmək tapşırılıb.

Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təklifləri əsasında Milli Depozit Mərkəzinin yeni nizamnaməsini bir ay müddətində təsdiq etməlidir.

Fərmana əsasən, Ədliyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi Milli Depozit Mərkəzinin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Qiymətli kağızlar bazarı haqqında” qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
İstifadəsiz torpaqlar müsadirə olunacaq
09:01
İstifadəsiz torpaqlar müsadirə olunacaq
Bakı yollarında yenilik
08:34
Bakı yollarında yenilik
Dollar cüzi bahalaşdı - Məzənnə
05:10
Dollar cüzi bahalaşdı - Məzənnə
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
04:59
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Xarici valyuta məzənnələri – RƏSMİ
04:59
Xarici valyuta məzənnələri – RƏSMİ
Azərbaycanda dollar və avro bahalaşdı
04:59
Azərbaycanda dollar və avro bahalaşdı
Azərbaycanda dollar ucuzlaşdı - Məzənnə
04:59
Azərbaycanda dollar ucuzlaşdı - Məzənnə
Xarici valyuta məzənnələri – RƏSMİ
04:58
Xarici valyuta məzənnələri – RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol