• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
16.07.2015 09:45
Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Trend-in məlumatına görə, dövlət başçısının təbrikində deyilir:

"Hörmətli həmvətənlər!

Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq, mərhəmət, şəfqət və bərabərlik yoluna dəvət edir, əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir. İnsanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran bu bayram günlərində mömin vətəndaşlarımız din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirir, mənəvi zənginliyin, əxlaqi kamilliyin sevincini yaşayırlar.

Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar səslənir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz, saf niyyətiniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini sevimli xalqımızdan əsirgəməyəcəkdir.

Əziz bacı və qardaşlarım!

Bu müqəddəs bayramın dövlət səviyyəsində qeyd edilməsi bizim multikultural və tolerant prinsiplərə necə yüksək qiymət verməmizi nümayiş etdirir. Bu gün biz dünyaya bir daha qəlbimizdəki milli dəyərlərə sadiq olduğumuz qədər bəşəri dəyərləri də yaşatdığımızı bəyan edirik. Dini, milli rəngarəngliyimizi mənəvi bütövlüyümüzün zənginliyi kimi qəbul edirik. Elə buna görə də bu əziz gün münasibətilə hər bir vətəndaşımıza, ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq və xoşbəxtlik, süfrələrinizə xeyir və bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!"
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol