• $ 1.7
  • € 1.9751
  • ₽ 0.02173
  • ₺ 0.0421
  • £ 2.282

Şəkidə şirniyyat festivalı başlayır - FOTOLAR

Şəkidə şirniyyat festivalı başlayır - FOTOLAR
20.07.2015 10:02
12 ölkə, 21 şəhər və rayonumuzdan qənnadçılar tarixi şəhərə toplaşır.

Bu gün Şəki növbəti beynəlxalq tədbir - ikinci ənənəvi şirniyyat festivalı başlayır. 

ANS PRESS-in məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə iyulun 20-də Şəki şəhərində ikinci beynəlxalq ənənəvi şirniyyat festivalı keçiriləcək. 

Şəhər icra hakimiyyəti başçısının müavini, festivalın təşkilat komitəsinin üzvü Zərinə Cavadovanın sözlərinə görə, tədbirin rəsmi açılış mərasimi iyulun 20-də axşam saatlarında Şəki Olimpiya İdman Kompleksinin həyətində keçiriləcək. Rəsmi hissədən sonra tədbir iştirakçıları burada sərgilənəcək geniş çeşiddə şirniyyat nümunələri ilə yaxından tanış olacaqlar. 

Festivalda 12 ölkədən – Türkiyə, Rusiya, Fransa, Yunanıstan, Rumıniya, Moldova, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Serbiya, Koreya Respublikası və İndoneziyadan gəlmiş qənnadıçılar, eləcə də respublikamızın Şəki də daxil olmaqla, 21 şəhər və rayonunun şirniyyatçıları əvvəlcədən hazırladıqları şirniyyat nümunələrini nümayiş etdirəcəklər.

Şəki qənnadıçıları festivalda Şəki halvası, paxlava, qoz və fındıq mindalı, barama şirni, noğul, bamiyə, qırmabadam və geniş çeşiddə digər milli şirniyyat nümunələrini sərgiləyəcəklər.

Şirniyyat nümunələrini münsiflər heyəti qiymətləndirəcək. Fərqlənənlər mükafatlandırılacaq. 

Festival iştirakçılarının təqdim etdikləri şirniyyat nümunələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festivalda fərqlənənlər mükafatlandırılacaqlar.
Ənənəvi şirniyyat festivalı rəngarəng konsert proqramı ilə başa çatacaq.

Qeyd edək ki, şirniyyat festivalı ilk dəfə ötən il baş tutub. XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi "Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində keçirilən festivalda 6 ölkədən, həmçinin respublikamızın 23 şəhər və rayonundan gəlmiş şirniyyatçıların hazırladıqları şirniyyat məhsulları nümayiş etdirilib.
 
 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb - FOTO
09:50
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb - FOTO
Jurnalistlərə ekstremal situasiyada işləmək öyrədiləcək - FOTOLAR
12:10
Jurnalistlərə ekstremal situasiyada işləmək öyrədiləcək - FOTOLAR
Viran qalan bəy evləri... - FOTOLAR
16:37
Viran qalan bəy evləri... - FOTOLAR
Paytaxt Bakı hara sürüşür? - FOTOLAR
10:48
Paytaxt Bakı hara sürüşür? - FOTOLAR
7 ballıq zəlzələ Oğuzu bu hala saldı - FOTOLAR
09:36
7 ballıq zəlzələ Oğuzu bu hala saldı - FOTOLAR
Şəkidə şirniyyat festivalı başlayır - FOTOLAR
10:02
Şəkidə şirniyyat festivalı başlayır - FOTOLAR
Bakıda daha bir dəhşətli yanğın - FOTO
11:19
Bakıda daha bir dəhşətli yanğın - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol