• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

"Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq lazımdır"

21.07.2015 10:00
Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması hərtərəfli nizamlanmanın elementlərindən biri olmalıdır.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə   İrəvanda səfərdə olan Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik erməni telekanalları üçün keçirdiyi mətbuat konfransında bildirib.

"Vedomosti” nəşrinə verdiyi müsahibəsini şərh edən amerikalı həmsədr qeyd edib ki, hərtərəfli nizamlanmanın elementlərindən biri Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması olmalıdır:

"Bu danışıqların bir bəndi, elementidir”, - deyə Uorlik bildirib.

Onun sözlərinə görə, hərtərəfli nizamlanma Dağlıq Qarabağın statusu məsələsini əhatə etməlidir.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bir neçə gün əvvəl   "Vedomosti” qəzetinə müsahibəsində bildirib ki, Qarabağ nizamlanmasının elementi qismində təhlükəsizlik zəmanətləri çıxış etməlidir və diplomatın fikrincə, beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi də belə zəmanətlərə daxildir.  

"Dağlıq Qarabağ ətrafındakı torpaqlar qaytarılarsa, o zaman bölgəyə beynəlxalq sülhməramlı qüvvələri yeritmək lazım olacaq”, - deyə o vurğulayıb.

Hələlik sülhməramlı qüvvələrlə bağlı məsələnin müzakirə olunmadığını deyən Uorlik qeyd edib:

"Biz hələ ki, müxtəlif təhlükəsizlik zəmanətləri variantları, onların necə ola biləcəyi barədə danışırıq. Lakin hələlik sülhməramlı qüvvələrin formalaşdırılması haqqında danışa biləcəyimiz yerə çatmamışıq.

Əlavə etmək istərdim ki, ATƏT-də yüksək səviyyəli planlaşdırma qrupu var. Qrupun məqsədi elə sülhə dəstək üzrə əməliyyatların variantlarını işləyib-hazırlamaqdan ibarətdir. Bu qrupun hərbi ekspertlərinin artıq əvvəlcədən hazırlanmış bir sıra variantları var və onlar müntəzəm olaraq yenilənir”.

Nizamlanma prosesinin prinsip və elementlərinə gəldikdə isə C.Uorlik bildirib ki, onların əksəriyyəti Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin bir vaxtlar apardığı danışıqlar vaxtı müəyyən edilib:

"Söhbət o zaman görülən işin davamından gedir. Biz yeni məsələləri və yeni yanaşmaları icad etməyə çalışmırıq. Diskussiyanı o vaxt əldə olunanların əsasında davam etdirməyə çalışırıq. Bura bir sıra vacib məsələlər daxildir.

Onların arasında Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, Dağlıq Qarabağın statusu, qaçqınlarla bağlı durum və təhlükəsizlik təminatı kimi məsələlər var. Bunlar uzun illərdir ki, gündəlikdə dayanan məsələlərdir və biz bu məsələləri kompleks şəkildə nəzərdən keçiririk”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Prezident sərəncam imzalayıb
Siyasət 16:20
Prezident sərəncam imzalayıb
Milli Məclisin payız sessiyası başa çatıb
Siyasət 12:52
Milli Məclisin payız sessiyası başa çatıb
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
Siyasət 12:09
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN rəsmisi
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Siyasət 11:18
2025-ci il dünya üçün çətin il oldu - Deputat
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Siyasət 22:30
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol