• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

İlham Əliyev: “Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib”

İlham Əliyev: “Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib”
21.07.2015 13:01
 "Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur”.
 
"Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi ilə əlaqədar Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, mətbuat hər zaman strateji maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır. Son illərdə bu istiqamətdə milli mətbuatda ciddi dönüşün yarandığını deyən dövlətimizin başçısı ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izlədiyini və dərhal da reaksiya verdiyini bildirib. Prezident İlham Əliyev bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıb. Azərbaycanın beynəlxalq mövqeləri ilə bağlı fikirlərini bölüşən dövlət başçısı xarici mediada ölkəmizə qarşı aparılan ədalətsiz kampaniyanın ciddi tədbirlər ərəfəsində daha da əlaqələndirilmiş xarakter aldığını bildirib, buna səbəb kimi isə Azərbaycanın müstəqil siyasətini, ölkəmizin uğurlarını göstərib. Dövlət başçısı bildirib ki, erməni lobbisinin və digər dairələrin ölkəmizə qarşı apardığı qaralama kampaniyası Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etmir. "Biz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik”, deyən dövlət başçısı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi tədbirlərin görüldüyünü və bu sahədə medianın rolunun artırılmasının vacibliyini bildirib.

"Xalqımız vahid və milli ideyalar ətrafında birləşib və bu proses bundan sonra da davam edəcək”, - deyən Azərbaycan Prezidenti bununla bağlı mətbuatın üzərinə böyük vəzifələrin düşdüyünü xatırladıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Cəmiyyət 10:09
FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
Cəmiyyət 08:55
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
Bakıda ağaclıq sahədə yanğın baş verib - Video
Cəmiyyət 20:59
Bakıda ağaclıq sahədə yanğın baş verib - Video
BDYPİ sürücülərə çağırış edib
Cəmiyyət 20:19
BDYPİ sürücülərə çağırış edib
Naxçıvanda avtomobil qaz xəttinə çırpılıb, 2920 abonentin qaz təchizatı dayandırılıb
Cəmiyyət 19:30
Naxçıvanda avtomobil qaz xəttinə çırpılıb, 2920 abonentin qaz təchizatı dayandırılıb
Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
Cəmiyyət 19:15
Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
Vardanyanın məhkəməsi təxirə salınıb
Cəmiyyət 19:08
Vardanyanın məhkəməsi təxirə salınıb
Binəqədidə yol hərəkətində dəyişiklik edilib
Cəmiyyət 18:04
Binəqədidə yol hərəkətində dəyişiklik edilib
Azərpambıq MMC-nin ixrac gəlirləri 11 ayda 30,6% azalıb
Cəmiyyət 17:48
Azərpambıq MMC-nin ixrac gəlirləri 11 ayda 30,6% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol