Nazirlikdə yeni təyinat
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinə yeni direktor təyinatı olub.
Bu barədə Oxu.Az-a nazirlikdən bildirilib.
Nazirlikdən bildirilib ki, mərkəzin direktoru vəzifəsinə nazirliyin elm, təhsil və gənclərlə iş şöbəsinin elm sektorunun müdiri Asif Usubəliyev təyin edilib.
Qeyd edək ki, A.Usubəliyev Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının məzunu, siyasi elmlər üzrə fəlsəfə doktorudur. O, 2006-cı ildən etibarən Nazirlikdə fəaliyyət göstərir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər