• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Maşın bazarında 15 ilin böhranı – Səbəb nədir?

Maşın bazarında 15 ilin böhranı – Səbəb nədir?
30.07.2015 10:48
Son bir neçə aydır ki, Azərbaycanda maşın bazarı böhranlı günlər yaşayır. Əvvəllər bazarda maşın almaq istəyənlərin əlindən tərpənmək mümkünsüz idisə, indi satıcılar bazarda müştəri tapanda sevinirlər. Bir sözlə, maşının bazarında alış-veriş elə ölüb” ki, nə maşın alan var, nə də satan...

"MBA” Consaltinq şirkətinin prezidenti Nüsrət İbrahimov AzVision.az-a bildirib ki, daşınmaz əmlak bazarında olduğu kimi, avtomobil bazarı da son 15 ildə özünün ən böhranlı dövrünü yaşayır. Səbəblər isə təbii ki, müxtəlif olsa da, mənbə eynidir.

Ekspertin sözlərinə görə, bazarda pul kütləsinin azalması və qiymətlərin sıçrayışlı artımı bazarda maşın alanların və satanların sayını azaldıb: "Son 3 ildə istismar xərcləri sürətlə artaraq son həddə çatıb ki, bu da imkanı olmayan maşın həvəskarlarını bazardan çıxarıb. 2014-cü ilin II yarısından ölkədə maliyyə bazarında pul kütləsinin və gəlirlərin davamlı azalması müşahidə edilir. Dünya və regionun maliyyə bazarlarında və iqtisadiyyatında baş verən hadisələr bank sektorunda riskləri artırıb və nəticədə kredit imkanları məhdudlaşdırılıb.

Bundan başqa gömrük rüsumlarının artımı, yeni avro standartların tətbiqi, manatın məzənnəsinin dəyişməsi avtomobillərin satış qiymətlərini sürətlə artırıb. Odur ki, indi maşın bazarına yaxın düşmək mümkünsüzdür”.

Ekspert vurğulayıb ki, əgər əvvəllər 10 ilin avtomobilini 10 min dollar və ya 8000 manata almaq mümkün idisə, hazırda 10 ilin avtomobilinin qiyməti 14 min dollar və ya 14,7 min manat təşkil edir. Göründüyü kimi, dollarla qiymətlər 40%, manatla isə 80%-dən artıq bahalaşıb: "Avtomobil bazarı artıq doymuş vəziyyətdədir. İmkanı olanların hamısı artıq maşın alıb, avtomobili olmayanların isə almaq imkanı yoxdur. Tədricən avtomobil biznesinə maraq ölür və bazar iştirakçıları bazarı tərk edir. Təəssüf ki, bəziləri şəhərdaxili sıxlığın həllini avtomobil sayının və hərəkətin məhdudlaşdırılmasında görürlər. Lakin, yaddan çıxarırlar ki, hərəkət (insan və nəqliyyat) nə qədər sıx və intensiv olursa, biznes bir o qədər sürətlə inkişaf edir. Bunlar bir-biri ilə bağlıdırlar”-deyə Nüsrət İbrahimov bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Qızılın qiyməti aşağı düşüb
İqtisadiyyat 21:59
Qızılın qiyməti aşağı düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol