• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Azərbaycanda həbs olunan yüksək rütbəli hərbçilərin kimliyi bəlli oldu

Azərbaycanda həbs olunan yüksək rütbəli hərbçilərin kimliyi bəlli oldu
30.07.2015 17:23
    
Azərbaycanda tutulan yüksək rütbəli hərbçilərin adı və nədə ittiham olunduqları məlum olub.


Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri şöbəsinin baş zabitləri - 1974-cü il təvəllüdlü Seymur Sahib oğlu Ağayev və 1973-cü il təvəllüdlü Ələsgər Mail oğlu Musayev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə), inspeksiyanın planlaşdırma şöbəsinin baş zabiti, 1976-cı il təvəllüdlü Rövşən Mikayıl oğlu Məmmədli isə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilirlər. Onların hər biri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb və hazırda istintaq aparılır: "Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın qeyd etdiyi kimi tutduğu vəzifədən, keçmiş xidmətlərindən asılı olmayaraq xidməti dövründə yol verdiyi qanun pozuntularına görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
Cəmiyyət 08:55
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
Bakıda ağaclıq sahədə yanğın baş verib - Video
Cəmiyyət 20:59
Bakıda ağaclıq sahədə yanğın baş verib - Video
BDYPİ sürücülərə çağırış edib
Cəmiyyət 20:19
BDYPİ sürücülərə çağırış edib
Naxçıvanda avtomobil qaz xəttinə çırpılıb, 2920 abonentin qaz təchizatı dayandırılıb
Cəmiyyət 19:30
Naxçıvanda avtomobil qaz xəttinə çırpılıb, 2920 abonentin qaz təchizatı dayandırılıb
Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
Cəmiyyət 19:15
Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
Vardanyanın məhkəməsi təxirə salınıb
Cəmiyyət 19:08
Vardanyanın məhkəməsi təxirə salınıb
Binəqədidə yol hərəkətində dəyişiklik edilib
Cəmiyyət 18:04
Binəqədidə yol hərəkətində dəyişiklik edilib
Azərpambıq MMC-nin ixrac gəlirləri 11 ayda 30,6% azalıb
Cəmiyyət 17:48
Azərpambıq MMC-nin ixrac gəlirləri 11 ayda 30,6% azalıb
Ucarda 14 nəfər zəhərlənib
Cəmiyyət 17:09
Ucarda 14 nəfər zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol