• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

“Yerli Gənc” proqramı çərçivəsində növbəti təlim Ağdam gənclərini əhatə edib

“Yerli Gənc” proqramı çərçivəsində növbəti təlim Ağdam gənclərini əhatə edib
04.08.2015 12:49
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən "Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində kənd gəncləri üçün təşkil olunan silsilə təlimlər davam edir. 

Təlim sessiyası çərçivəsində Ağdam rayon İcra Hakimiyyəti və Ağdam rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə Ağdamın Quzanlı qəsəbəsində bu rayonun kəndlərində yaşayan fəal gənclər üçün təlim keçirilib.

Tədbirə "Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramının təqdimatının keçirilməsi ilə başlanılıb. Təqdimat zamanı iştirakçılar ölkəmizdəki gənclər siyasəti, gənclər ilə bağlı Dövlət Proqramları və gənclər üçün yaradılan imkanlar haqqında məlumat əldə ediblər. Daha sonra Y-Peer Azərbaycan şəbəkəsinin təlimçiləri tərəfindən iştirakçılara İİVQİÇS kimi mövzusunda təlim keçilib. Təlim zamanı kənd gənclərinə İİVQİÇS, yoluxma növləri barəsində məlumat verilib, mövzu ilə əlaqəli qrup işləri təşkil olunub. Sonda, iştirakçılar sözügedən mövzuda əldə etdikləri məlumatlar əsasında fikir mübadiləsi aparıblar.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı əsasında 2015 - ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili” elan edilmişdir. Bunu nəzərə alaraq, "Azərbaycan: 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramını həyata keçirir.

"Yerli Gənc” Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
Cəmiyyət 08:55
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
Bakıda ağaclıq sahədə yanğın baş verib - Video
Cəmiyyət 20:59
Bakıda ağaclıq sahədə yanğın baş verib - Video
BDYPİ sürücülərə çağırış edib
Cəmiyyət 20:19
BDYPİ sürücülərə çağırış edib
Naxçıvanda avtomobil qaz xəttinə çırpılıb, 2920 abonentin qaz təchizatı dayandırılıb
Cəmiyyət 19:30
Naxçıvanda avtomobil qaz xəttinə çırpılıb, 2920 abonentin qaz təchizatı dayandırılıb
Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
Cəmiyyət 19:15
Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
Vardanyanın məhkəməsi təxirə salınıb
Cəmiyyət 19:08
Vardanyanın məhkəməsi təxirə salınıb
Binəqədidə yol hərəkətində dəyişiklik edilib
Cəmiyyət 18:04
Binəqədidə yol hərəkətində dəyişiklik edilib
Azərpambıq MMC-nin ixrac gəlirləri 11 ayda 30,6% azalıb
Cəmiyyət 17:48
Azərpambıq MMC-nin ixrac gəlirləri 11 ayda 30,6% azalıb
Ucarda 14 nəfər zəhərlənib
Cəmiyyət 17:09
Ucarda 14 nəfər zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol