• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

Azərbaycan millisi FİFA reytinqində 2 pillə irəlilədi

Azərbaycan millisi FİFA reytinqində 2 pillə irəlilədi
06.08.2015 17:00
Rəqiblərdən 3-ü geriləyib

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 2 pillə irəliləyib. 

Hazırda 302 xala malik yığma 106-cı pillədə qərarlaşıb. 

Azərbaycan millisinin AVRO-2016-nın seçmə qrup mərhələsindəki rəqiblərindən Xorvatiya və İtaliya hərəyə 1 pillə irəliləyib. Hazırda bu komandalar müvafiq olaraq, 1023-cü xalla 13-cü və 1001 xalla 16-cı mövqedədir. Əvəzində Norveç, Bolqarıstan və Malta hərəyə 1 pillə geriləyib. Onlar isə müvafiq olaraq, 495 xalla 68-ci, 487 xalla 69-cu və 157 xalla 159-cudurlar.

Siyahıya yenə Argentina millisi başçılıq edir. DÇ-2014-ün finalçısı 1425 xala malikdir. 1 pillə irəliləyən Belçika 1244 xalla 2-ci, 1 pillə geriləyən son dünya çempionu Almaniya isə 1226 xalla 3-cü pillədə yer alıb. 

Qeyd edək ki, növbəti reytinq siyahısı sentyabrın 3-də açıqlanacaq. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qurban Qurbanovdan qələbə şərhi
İdman 23:16
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ” “Şkendiya”ya qalib gələrək pley-off mərhələsinə yüksəlib - Yenilənib
İdman 21:45
“Qarabağ” “Şkendiya”ya qalib gələrək pley-off mərhələsinə yüksəlib - Yenilənib
"Traktor" İran Superkubokunun qalibi olub
İdman 23:05
"Traktor" İran Superkubokunun qalibi olub
"Qarabağ" səfərdə "Şkendiya"ya qalib gəlib - Yenilənib
İdman 23:54
"Qarabağ" səfərdə "Şkendiya"ya qalib gəlib - Yenilənib
“Qarabağ” - “Şkendiya” matçının biletləri satışa çıxarılır
İdman 00:10
“Qarabağ” - “Şkendiya” matçının biletləri satışa çıxarılır
Azərbaycanın güləş millisi dünya çempionatını 4 medalla başa vurub
İdman 23:30
Azərbaycanın güləş millisi dünya çempionatını 4 medalla başa vurub
Portuqaliya klubunun futbolçuları üzərində Dioqu Jotanın təsviri olan forma ilə çıxış edəcəklər
İdman 21:30
Portuqaliya klubunun futbolçuları üzərində Dioqu Jotanın təsviri olan forma ilə çıxış edəcəklər
Mahir yeni klubunda ilk rəsmi matçında çıxır
İdman 21:00
Mahir yeni klubunda ilk rəsmi matçında çıxır
Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib
İdman 22:33
Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol